Pakistanın Bəlucistan əyalətində naməlum şəxslər kömür mədəninə silahlı basqın ediblər.
Korrupsiya.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat verib.
Silahlı şəxslər Duki ərazisində yerləşən kömür mədənini mühasirəyə alıb və şaxtaçılar üçün nəzərdə tutulan yaşayış yerlərinə atəş açıblar.
Nəticədə azı 20 şaxtaçı ölüb, daha 7 nəfər isə yaralanıb.
Qeyd edək ki, hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Agentlik xatırladır ki, hücum İslamabadda keçiriləcək böyük təhlükəsizlik sammiti ərəfəsində baş verib.