Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.

 

Bu məlumatlar sosial şəbəkələrdə yayılıb.

 

Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Baku.ws-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.

 

Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlansa da, hələlik heç bir cavab ala verilməyib.

 

Paylaş