“Ekspert Komissiyası yaradılsa, Sabunçuda yağış sularının dolması nəticəsində yaranan problemdə təqsirkar kimi çox adamı səbəb gətirmək olar. Layihə normadan kənara çıxanda onsuz da ekspertiza qəbul etmir. Tunelin tikintisində nasos qoyublar, ya qoymayıblar, artıq bu, tikintini aparan şirkətin məsuliyyətidir. Bəlkə də, nasos qoyulub, sonradan sökülüb, ya da işləməyib. Bütün bunları xidməti üzrə ekspertiza araşdırmalıdır. Ümumiyyətlə, Bakının kanalizasiya probleminin düzəlməsi üçün gərək şəhər sökülə, yenidən tikilə. Yağış suları kanalizasiya sisteminə qarışır. Belə olmaz. Hərəsi ayrı-ayrı xətlərlə getməlidir. Əvvəllər paytaxtda yaşayış az olub. Buna uyğun kanalizasiya sistemi qurulub. Getdikcə insanların sayı artıb, sistem isə dəyişməyib. Təkcə Sabunçuda deyil, hər yerdə eyni vəziyyət yarana bilər. Ümumilikdə yaranan vəziyyətdə məsuliyyət kimin boynuna düşürsə, tapılmalı, cəzalandırılmalıdır. Fövqəladə Hallar Nazirliyi yoxlamalıdır, araşdırmalıdır. Amma bu da bizə heç nə verməyəcək…” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin baş müəllimi Bulud Bağırov deyib.

 

“Tuneldə boğulan iki nəfərlə bağlı video yaydılar. Videodan görünür ki, onlar özləri də məsuliyyətsizlik ediblər. Onda bu adam ölmək istəyirmiş də. Maşının üstündə oturub gülür. Deyir ki, “lazım idi bu?” Bununla nə demək istəyir? O qədər suyu görmədin, gedib girdin suyun içinə? Günahkar həmin şəxsin özüdür ki, bu qədər camaatı işə salıb. Niyə o cür konsert verirsən?”, – B.Bağırov bildirib.

 

Paylaş