Sumqayıt Apellyasiya Məhkəməsində Bakıda oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlahə Əlipaşayeva 6 il və Baxşəli Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakıda evlərdən birində dayə işləyən İlahə Əlipaşayeva ailənin imkanlı olduğunu görüb və tanışı Baxşəli Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.