Məşhur “FLO” mağazası Lezbiyan, Gey, Biseksuallığı təbliğ edir. Kivnews.com İnformasiya Portalının daimi oxucularından biri paytaxtın 3-cü mikrorayon ərazisində yerləşən “FLO” mağazasında rastlaşdığı xoşagəlməz hadisənin fotosunu bizə yollayıb. Həmin mağazada üzərində LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) bayrağı olan uşaq ayaqqabısı satılır.

Qeyd edək ki, bu, uşaqların mənəviyyatının korlanmasına, təlim-tərbiyəsinə mənfi təsir göstərən hallardandır.

Kivnews.com olaraq onu da araşdırdıq ki, “FLO” mağazasının instaqram səhifəsində də, LGBT-nin bayrağı təsvir olunmuş ayaqqabının fotosu paylaşılıb. Hətta buna izləyicilər tərəfindən irad da tutulub. Amma səhifə istifadəçisi LGBT bayrağı olmadığını bildirərək yazıb ki, ayaqqabının üzərində göyqurşağı əks olunub.

Kivnews.com olaraq bildirək ki, LGBT və ya GLBT – Lezbiyan, Gey, Biseksual və Transseksual (Transgender) sözlərindən yaranmış abreviatüra. 1990-cı illərdə LGB abreviatürasından sonra ortaya çıxmışdır. Bir çox aktivist, “gey topluluğu”nun əskik bir tanıtma olduğunu düşünərək birliyi LGBT adlandırmağa başlamışdırlar.
Bakıda “FLO” mağazası əxlaqsızlığı təbliğ edir – FOTOFAKT

Paylaş