HAKİMİYYET.AZ-ın polçtuna gələn bu şikayət məktubunu sizə təqdim edirik.Şikayətçi hakimiyyet.az-a yazır:
Ölkədə xidmət adına reketlik, özbaşınalıq elə həddə çatıb ki, dövlətin 1-ci şəxslərinin tapşırıqlarına da əməl edilmir. Prezident hər çıxışında məmurun xalqa xidmət etməli olduğunu bildirir, 1-ci vitse-prezident müvafiq qurumlara tapşırıqlar verir, di gəl, özbaşınalığa nəinki son qoyulur, əksinə, daha da “quduzlaşır”.
Nizami rayonunda yaşayan 1-ci qrup Qarabağ əlilinə reabilitasiya məqsədilə Heydər Əliyev fondunun Prezidenti , ölkənin 1-ci xanımı Mehriban xanım Əliyevanın tapşırığı ilə 10 il qabaq yer ayrılıb və fondun hesabına qeyri –yaşayış otağı tikilib . Di gəl, onuncu ildir müvafiq qurumlar otağı sosial infrastrukturla təmin etməkdən imtina edirlər .Yalnız “Azərişıq” ödənişsiz xidmət göstərib ,”Azərsu” ,”Azəristilik” və “Azəriqaz” isə hələ də xidmət yox, …reketlik, özbaşınalıq edir. Onuncu ildir bu qurumlar ölkənin 1-ci şəxslərinin göstərişlərini , imzaladıqları qanun-qərarlarını qulaqardına vurur ,qarınlarına uyğun izah edirlər .Nə Ombudsman ,nə İqtisadiyyat Nazirliyi, nə də digər bağlantılı qurumlar əlil , istehlakçı , sahibkarlıq, insan hüquqlarının kobud pozuntusuna görə tədbir görür . Özbaşınalığa baxın, “Azərsu” və “Azəristilik” 7 illik yazışmadan sonra 3 ildir texniki şərt versə də , texniki şərtə əsasən üzərinə düşən işləri görmür ,”Azəriqaz” isə ümumiyyətlə texniki şərt verməkdən imtina edir !(???) Özü də “Azəriqaz” özü qazlaşdırma üçün texniki şərt alınmasının vacibliyini bildirib . Şikayətçi daha sonra teref.infoya yazır ki, “Azəriqaz” İB Baş direktorunun əsaslı tikinti üzrə müavini Elman Abbasov layihə-smeta və ekspertiza şöbəsinin rəis müavini R.Rəhimovun icraçılığı ilə 15 oktyabr 2014 tarixli ARDNŞ/14-2900/15/07-000051 saylı məktubla Nazirlər Kabinetindən (NK) SOCAR-a daxil olan göstərişə əsasən bildirib ki, “qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə texniki şərtin alınması üçün müvafiq sənədlər təqdim edilməklə “Azəriqaz” İB-nə müraciət olunmalıdır”. Sənədlər təqdim olunduqdan ayyarım sonra Elman Abbasov layihə-smeta və ekspertiza şöbəsinin rəisi Harun Vahabovun icraçılığı ilə 27 noyabr 2014 tarixli məktubla bildirib ki, qeyri-yaşayış sahəsində (sosial obyektdə) qaz sayğacı əlilin vəsaiti hesabına quraşdırılmalıdır . Əlilin “Əlillərin sosial müdafiəsi haqqında” ,”Qaz təchizatı haqqında” qanunları , NK-nın “Qazdan istifadə qaydaları haqqında” qərarını diqqətə çatdırması Elman Abbasovla Harun Vahabovu necə qəzəbləndiribsə , cəmi 3 gün sonra 01 dekabr 2014 tarixli məktubla “ qeyri-yaşayış sahəsinin qazlaşdırılmasına yol verilmədiyi” bildirilib və 3 ildir həftədə-ayda bir yol bu rüşvətdən, korrupsiyadan soraq verən cavab “Azəriqaz”a qeyri-yaşayış otaqlarının qazlaşdırılmasına vəsait ayrılmaması , sayğacların baha başa gəlməsi və s. ilə “əsaslandırılır” . Binanın çölündə quraşdılacaq məişət qaz qurğusu olan KOMBİ qurğularının qeyri-yaşayış otağını qızdırdıqda “sənaye qaz qurğusuna çevrilməsi” də belə “əsas”lardandır . Energetika Nazirliyinin, Hesablama Palatasının (auditor Nazim Həsənov) məktublarına da Elman Abbasov eyni cavabı verməklə pulsuz bir addım da atmayacağını ortaya qoyub . Belə çıxır , istehlakçının hesabına qazlaşdırma olar, amma qanunla qaz idarəsinin hesabına olanda qazlaşdırmaya qanun yol vermir?!(??)
Heydər Əliyev fondunun Prezidenti Azərbaycan Respublikasının 1-ci viotse-prezidenti təyin olunandan sonra özbaşınalığa son qoyulacağına inamı Elman Abbasovun layihə-smeta və eksperiza şöbəsinin rəisi Azər Paşayevin (rəis dəyişsə də özbaşınalq dəyişməyib-M.B.) icraçılığı ilə imzaladığı 26 aprel 2017 tarixli məktub heç edir :Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin 19.04.2017-ci il tarixli 12/1-B/1106 nömrəli …tapşırığına əsaən …qeyri-yaşayış sahəsinin (sosial obyektin) qazlaşdırılması və qaz sayğacının quraşdırılması barədə müraciətə “Azəriqaz” İB-də baxıldı. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsi qeyri-yaşayış sahəsinin tikintisi üçün deyil, qaraj tikitisi üçün ayrılıb .Qaraj qeyri-yaşayış sahəsi sayılmadığından onun qızdırılması üçün texniki şərtin verilməsi mümkün deyildir.”
Fikrimizcə, artıq nəsə demək də artıqdır . Adamı yandıran odur ki , 1-ci vitse-prezidentin tapşırığına əməl edilməməsi bir yana, hansısa birliyin tikinti üzrə müavini cavab verir !(??) Ay gidi dünya! …
Məğrur Bədəlsoy
HAKİMİYYET.AZ OLARAQ Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
HAKİMİYYET.AZ