Sədərək gömrüyündə yenə də özbaşınalıqdır. DİA.AZ bildirir ki, bu barədə yerli sakinlər redaksiyamıza şikayət edirlər.
Onların dia.az-a bildirdiklərindən belə aydın olur ki, qonşu ölkələrdən bazarlıqdan dönənlər isə Sədərək gömrük-keçid məntəqələrində haqsızlıqla üzləşirlər:
“Gömrükdə narazılıq son həddə çatıb. Sədərək keçid məntəqəsində əhali incidilir. Camaata nəzərdə tutulmuş normadan artıq ərzaq gətirməyə imkan vermirlər. Bu da istər-istəməz narazılığa səbəb olur”.
Sakinlərin sözlərinə görə, etiraz edəndə gömrük işçiləri “rəhbərlik belə uyğun bilib” deyərək narazıları başdan edirlər.
Dia.az bildirir ki, Sədərk gömrüyündə baş verənlərlə əlaqədar gələn həftə geniş reportaj təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq…