Dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabr ayında 122,8 dollar, 2017-ci ilin yanvar ayında 137 dollar olduğu halda, bu gün 187, 4 dollar təşkil edir
Aqronom alim, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Feysbuk səhifəsində açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan özünün buğdaya olan ehtiyacını tam idxalın hesabına ödəyir:
“Keçən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. İdxaldan bu dərəcədə aslılıq olduqca təhlükəlidir. Pambıq, barama, tütün ölkəni xilas edə bilməyəcək”.
Bu fakt kənd təsərrüfatı naziri Heydər Əsədovun qarşısında ciddi suallar qoyur. Azərbaycanda rəsmilərin açıqlamaları rəsmi məlumatların bir-birinə ziddiyyət təşkil etməsi artıq ənənə xarakteri almağa başlayıb.
Ancaq çox maraqlıdır ki, bu ziddiyət tam çılpaqlığı ilə üzə çıxsa da rəsmlər bundan azacıq da olsa narahat olmurlar.
Son zamanlar kənd təsərrüfatı naziri Heydər Əsədovun açıqlamaları ilə rəsmi məlumalar daha çox ziddiyyət təşkil etməyə başlayıb.
Məsələn, bir neçə gün öncə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, Azərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib.
Nazir Heydər Əsədovun sözlərinə və onun başçılıq etdiyi nazirliyin rəsmi açqılamasına görə ötən il Azərbaycanda buğda istehsalı artıb.
Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln. 844 min ton olub.
Bu, 2015-ci ildəkindən 10faiz çoxdur. Buğda istehsalının nə az, nə çox düz 10 faiz artması, bu məhsulun idxalının azalmasına və deməli ölkədən valyuta axının azalmasına təsir etməli idi.
Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, 2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə – 1,6 mln. tona çatıb.
Ölkədə buğda istehsalının rekord həddə çatdığı və özündən əvvəlki illə 10 faiz artımın olduğu bir ildə idxal 20 faizə yaxın niyə artmalıdır ki?
İdxalın süni artırılması mümkün deyil. Çünki vergi ödənilir. Heç bir iş adamı da idxal etmədiyi məhsula görə vergi ödəməz.
Ancaq ölkədə buğda istehsalçılarına büdcə hesabına subsidiya verilməsini nəzərə alanda rəqəmlərin harada şişirdildiyini görmək olar.
Əgər Azərbaycanda yerli buğda istehsal kənd təsəürrfatı nazirinin dediyi kimi artsaydı və idxalın artması əvəzinə azalmasını müşahidə etsəydik, o zaman ölkədən valyuta axını da azalmış olardı. Ancaq reallıqda biz bunun tam əksi olan bir prosesin şahidi oluruq.
Çünki, ölkədə taxıl istehsalının həcmi süni şəkildə şişidilir. Bu yalnız bizim iddiamız deyil. Müstəqil ekspertlər taxıl istehsalının həcmi süni şəkildə şişirdiliyi qənaətindədirlər.ulus.az