Gəncədə təqaüdçülərin qeydiyyat alınması qanunsuzluqlarla müşahidə olunur

Son həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə bütün pensiyaçılar qeydiyyatdan keçirilir.

Gəncəbasar bölgəsində bu proses kobud qanun pozuntuları və təqaüdçülərə olmazın əziyyət verilməsi ilə müşaiyət olunur. Gəncədə yerləşən iki rayon üzrə pensiyaçıların sayı 25.000 nəfərdən artıqdır.

Bu şəxslərin sırasında fiziki məhdudiyyətlilərin, yataq xəstələrinin olmasına baxmayaraq, onlardan tələb olunur ki, müvafiq rayon üzrə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) şəxsən gəlib qeydiyyatdan keçsinlər.

Əks təqdirdə onlar növbəti ayın pensiyasını almaqdan məhrum ediləcəklər. I qrup əlil və yataq xəstəsi olan Tamara Davudi bildirir ki, şəhər telefonu ilə DSMF-yə zəng edib xahiş edib ki, onun səhhəti ilə əlaqədar olaraq evdə baxış keçirib qeydiyyata alsınlar.

Amma Gəncə şəhər Kəpəz rayon DSMF-dən şöbə müdiri Bəyalı Əliyev deyib ki, xəstənin özü avtomaşınla idarəyə gəlməlidir.

Onların texniki imkanları və fiziki potensialları fiziki qüsurlu insanları, habelə bu kateqoriyadan olan pensiyaçıları evdə müayinə edib qeydiyyata almağa yol vermir.

Digər şikayətçilər Rahimə Əliyeva və Qara Ramazanov da uzun növbələrdən, süni əngəllərdən şikayətçidirlər.

Onlar deyir ki, günlərlə onminlərlə insan növbəsi yaranır. Bu zaman almaqla yanaşı, onların onsuz da məhdudiyyətli qabiliyyətlərinə çox mənfi təsir edir.

DSMF-nin adının çəkilməsini istəməyən əməkdaşının bildirdiyinə görə proses qeydiyyatdan keçə bilməyən, həmçinin şəhərdə qalmayan insanların təqaüdlərini kəsmək üçün tətbiq edilir. Çünki büdcədə pul yoxdur.

Qeyd edək ki, may ayının ortaları olmasına rəğmən, Gəncəbasar regionunda pensiya və müavinətlər, habelə digər sosial ödənişlər mart ayından bu günə qədər ödənilməyib.

Aidiyyatı qurumlar bu suala dolğun məlumat verməkdən imtina edərək bildirir ki, yaxın vaxtlarda ödənişlər icra olunacaq.ulus.az

Paylaş