Bir neçə il Neftçala və Astara rayonlarında icra başçısı olan, bu illər ərzində daşı daş üstünə qoymayan Taleh Qaraşov artıq neçə ildir ki, Lənkəranda eyni əməllərini davam etdirməkdədir.
Taleh Qaraşov özünü tətbiq etdiyi qaydaları qanunlardan üstün tutur.
Bəlkə də, o, elə düşünür ki, dövlət rəhbərliyi ona etimad göstərib bir rayona rəhbər təyin edirsə, deməli, onun dedikləri qanundur.
T.Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Deyilir ki, icra başçısının «Hacı» ləqəbli oğlu Seymur bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir.
Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir.
Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.
Hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz.
Üstəlik, teder yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur.
Lənkəran camaatı icra başçısının və oğlunun fəaliyyətindən narazıdır.
Onlar prezidentə teleqram vurmağa hazırlaşırlar. Sakinlər bildirirlər ki, başqa regiondan gələn məmur övladı Lənkəranı alt-üst edib, torpaqlarını qarış-qarış satır.
Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Dövlət vəzifələrinin pulla satışı təcrübəsini Lnkəranda geniş yayıldığı bildirilir ki, bu siyahıda da ilk yeri kənd icra nümayəndəlikləri tutur. Kəndin əhalisinin sayı və sosial vəziyyətindən, torpaq sahəsindən asılı olaraq bu vəzifəyə təyinat 10 min manatdan başlayır. Ancaq son zamanlar manatın məzənnəsinin düməsi bu “alver sahəsini də “dollarlaşdırıb”.
“Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.
Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər.
Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər”, – bu fikirlər isə cənab Prezident İlham Əliyevin məmurların özbaşınalığı ilə bağlı səsləndirdiyi çıxışından bir epizoddur. Yəqin ki, lənkəranlıların prezidentə müraciəti bir nəticə verəcək…tərəf.info