Sabirabad sakini Rəna Mehrəliyeva rayondakı beşmərtəbəli binanın 2-ci mərtəbəsində yaşayır

HAKİMİYYET.AZ xəbər veri ki ötən il binanı təmir adı ilə dəmir üzlüklə üzləyiblər.

Bu vaxt onun pəncərəsini də bağlayıblar ki, guya pəncərə standartlara uyğun deyil. Yağışlı havalarda da su həmin dəmir üzlüklərdən mənzilə daxil olub onun tavanını və divarlarını yararsız hala salır. Ona görə də mənzildə hava çatışmazlığından yaşamaq mümkünsüz olub.

Rəna xanımın rayon icra hakimiyyətinə və digər aidiyyəti qurumlara saysız müraciət etməsinə baxmayaraq, heç bir tədbir görülmür.

Mətbuatda gedən xəbərlərə görə, icra başçısı Nazim İsmayılov sakinlərə qarşı binganəlik nümayiş etdirir.

İcra başçısından, daha dəqiq desək Prezident Administrasiyasına edilən şikayətlər problemlərin həll edilməsi üçün yenidən Nazim İsmayılovun üstünə qayıdır.
N.İsmayılov isə ondan şikayət edən rayon sakinlərinin problemlərini özünün kriminal qaydaları ilə həll edir.

Rayon sakinləri iddia edirlər ki, icra başçısı narazı vətəndaşı qəbul edib onu dinlədikdən sonra, elə kabinetindəcə ona hədə-qorxular gəlməyə başlayır.

 Sabirabadın icra başçısının vəzifəsindən kənarlaşdırılacağı gözlənilir.

Rayon sakinlərinin ondan etdiyi şikayətlər PA-da dosye şəklində saxlanır. İddialara görə, RİH-lərə çatacaq islahatlar nəticəsində bəzi icra hakimləri yola salınacaq.

Bu minvalla N.İsmayılovun da işdən çıxarılacağı gözlənilir. Sabirabadın icra başçısı Nazim İsmayılovun dotasiyaların dayandırılmasına görə qanı qaradır.

İddialara görə, icra başçısı vəzifədən getməyin bundan daha yaxşı olduğunu düşünür. Bildirilir ki, Sabirabad yeyinti üçün əlverişli bölgələrdən biridir. Di gəl N.İsmayılovun dotasiyası kəsilib və pəjmürdə olub.

Bir çox məmurların iş prinsipinə nəzər saldıqda elə düşünmək olar ki, sanki bəziləri özü üçün “toxunulmaz kadr” statusunu təmin edib.

Çünki, onların əməlləri, formalaşdırdıqları korrupsiya piramidası heç bir ölçüyə, qanuna sığımır. Ölkə başçısı dəfələrlə məmurları sərt şəkildə tənqid etsə də bəziləri nəticə çıxartmaq əvəzinə öz bildiklərini etməkdə davam edirlər.ulus.az

KORRUPSİYA.AZ
İcra başçısı qadının pəncərəsini bağlatdırıb

Paylaş