İqtidar idarəetmədə yeni düzən planını işə salır

İslamiada yekunlaşdıqdan sonra hökumətdə neçə vaxtdır gözlənilən ixtisarların başlanır. Hökumətdə aparılacaq struktur və kadr islahatları Nazirlər Kabinetindən start götürəcək.

Prezident Administrasiyasının və prezidentin iqtisadi müşavirlərinin iştirakı ilə hazırlanan geniş sənəddə öz əksini tapıb, “yuxarıdan aşağıya” bütün idarəetməni tənzimləmək, daha operativ bir komanda formalaşdırmaq məqsədi güdür.

İddia olunur ki, ciddi islahatlar regional idarəetmədə də aparılacaq. Müavinlərin ixtisarı rayon icra hakimiyyətlərinə də şamildir, icra başçısının yalnız bir müavini olacaq ki, o, həm humanitar, həm sosial məsələləri kurasiya etməlidir.

Əldə etdiyimiz bilgilərə görə, baş nazirin müavinlərindən azı ikisi vəzifəsi ilə vidalaşmalı olacaq. Bu adlar arasında Yaqub Eyyubovla Abid Şərifov daha çox hallanır.

baş nazirin müavinləri – Yaqub Eyyubov və Abid Şərifovun yerinə gənc kadrlar təyin oluna bilər. Yaş senzi ilə əlaqədar olaraq hər iki müavinin istefaya göndərilməsinə hazırlıq gedir.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var.

Onların çoxu pensiya yaşını artıq haqlayıb – 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).

İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Dövlət başçısı iqtisadi böhranın aradan qaldırılması və ölkədəki maliyyə sabitliyini təmin edilməsi istiqamətində mühüm islahatlara başlayıb.

Bugünlərdə hökumətin iqtisadi planlarından xəbərdar olan deputat Vahid Əhmədov da 10 milyonluq Azərbaycanda 19 nazirlik və 9 dövlət komitəsinin olmasını, idarəetmə aparatının həddən artıq şişirdilməsini demişdi.

Deputat demişdi ki, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.

Bildirilir ki, birləşdiriləcək nazirlik və dövlət komitələrinin (yalnız güc strukturları və Baş Prokurorluq istisna olmaqla) siyahısı artıq dövlət başçısına təqdim edilib.

Ləğv ediləcək və başqa qurumlara birləşdiriləcək təsisatların son siyahısı prezidentin qərarına bağlıdır, dəqiqləşdirmələr və yenidən işlənməsi də mümkündür. ulus.az

Paylaş