KORRUPSİYA.AZ -ın reaksiyasına bir qrup Laçın rayon 23 saylı məktəbinin valideynləri şikayət məktubu ünvanlamışlar.Həmin məktubu nəzərinizə çatdırırıq:
Ötən əsrin sonlarına yaxın bütün dünyada,o cümlədən Qafqazda,çaxnaşma yaratmaq istəyən şər qüvvələr yenidən fəallaşmağa başladı. Bu şər qüvvələrin dəstəyi ilə ənənəvi “erməni iddiası”adı altında bu dəfə də Azərbaycan torpaqlarının 20%-dən çoxu işğal edildi. Bununn nəticəsində Azərbaycan Respublikasının vətəndaşları öz dədə-baba yurdlarından didərgin düşərək bütün ölkəyə səpələnmək zorunda qaldılar. Hər bir rayon və şəhərdə səmimiyyətlə qarşılansalar da, bu didərginlər qaçqın və ya məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldılar. Öz vətəndaş larına daima hərtərəfli dəstək olan dövlətimiz bu ağır günlərdə də öz qaçqın və ya məcburi köçkün övladlarını yüksək qayğı və diqqətdən kənarda qoymadı. Ölkəmizin iqtisadi qüdrəti artdıqca hökumətimiz davamlı olaraq onları müasir dövrün yaşayış standartlarına uyğun müasir tipli qəsəbələrə köçürüb rahat mənzillərdə müvəqqəti olaraq məskunlaşdırır,məşğulluqlarını yüksək səviyyədə təşkil etmək məqsədilə lazım olan heç nəyi əsirgəmir. Ölkəmizin hər bir vətəndaşı isə bu qayğı və diqqətdən ilham alaraq işğal altında olan bütün tarixi torpaqlarımızı azad edib özləri üçün daha gözəl gələcək qurmaq əzmi ilə yaşayıb yaradırlar.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən hökumətimiz həm də qaçqın və ya məcburi köçkün övladlarının təlim-tərbiyədən kənarda qalmaması üçün lazım gələn hər şeyi yüksək səviyyədə təşkil edir. Ağcabədi şəhərində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələrinin övladlarının təlim-tərbiyədən kənarda qalmaması üçün belə yüksək səviyyəli diqqət və qayğı sayəsində digər təlim-tərbiyə müəssisələri ilə yanaşı Laçın rayon 23 nömrə li tam orta məktəbinin də fəaliyyəti hərtərəfli təşkil edilmişdir.
Lakin bizim də cəmiyyətimiz bu yüksək etimaddan sui-istifadə edən daxili düşmən lərdən- antipodlardan xali deyildir. Onlar cəmiyyətin təhsil kimi mühüm milli-strateji bir sahəsinə soxula biləndə daha çox təhlükəli olurlar. İllah da ki, bu antipodların hətta tək bircəsi belə zərif cinsin nümayəndələrindən ola!… Bəli, zərif cinsin belə nümayəndələrindən biri də Laçın rayon 23 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Sədaqətdir.
Kimdir bu xanım? Özünün söylədiklərinə görə əslən laçınlıdır, Neft-kimya İnstitutunda oxuyub mühəndis ixtisası alıb. Laşından köçərkən, əvvəlcə Bakıya gediblər. Rastlaşdıqları arzuolunmaz problemlərdən yaxa qurtarmaq üçün Bakıdan Sumqayıta, oradan isə Ağcabədiyə köçüb gəlmişlər. Həmin problemlərdən mühəndisliklə yaxa qurtara bilməyəcəklərini anlayan bu xanım Laçın rayon Təhsil şöbəsinin çox məşhur olan ixtiyar bir müdiri ilə anlaşıb müəllimlik etməyə başlayıb. Hətta qeyri-qanuni olaraq ixtisasdəyişmə yolu ilə müəllimlik diplomu almaqdan da qalmayıb. Bir zamanlar ixtiyar bir qoca ilə başladığı iltifatlı anlaşmaları davamlı olaraq təkrar etməklə sonralar Laçın rayon 23 nömrəli tam orta məktəbinin əvvəlcə direktor müavini, sonra isə direktoru vəzifəsinə qədər soxulmağı bacarmışdır.
Zərif cinsin bu nümayəndəsinin rəngarəng iltifatlarından faydalanmaq fürsətini əldən verməyən həyat yoldaşı da rayonda babat vəzifə tuta bilmişdir. Bununla da onların firavan, adı şəkilən məktəbin isə fəlakətli günləıri başlamışdır. Belə ki, razılaşma əsasında məktəbin hərbi rəhbəri, elmi dərnək rəhbəri və uşaq yaradıcılıq birliyinin rəhbəri məktəbə ayaq belə basmr, məktəbin digər ixtisas müəllimləri də ikinci iş yeri olduğundan bu məktəbə xalturaçı düşüncəsi ilə kənddə mal nobatına gedirmiş kimi gəlirlər.Uzun illərdir ki, məktəbdə coğrafiya, fizika, texnologiya, musiqi, təsviri incəsənət, əmək təlimi ixtisasları üzrə ixtisaslı müəllim yoxdur. Məktəbə başqa riyaziyyat müəllimi buraxılmadığından 70 saaata yaxın riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcı həndəsə.fizika,informatika fənlərini bütün siniflərdə məktəbin dərs hissə müdiri Sadiqov Əli “tədris” edir. O pedaqogika elmində və məktəbşünaslıq təcrübəsində rast gəlinməyən bu möcüzəli isredadını 2-3 sinifin dərsə gələn şagirdlərini çox asanlıqla bir sinif otağına yığmaqla reallaşdırır. Məktəbə yalnız maaş dövrü gəlməyə vaxt ayıra bilən direktor da bu antipedaqoji avral işlərində öz müavininin anoloqo olmayan istedadının reallaşmasına həvəslə təkan verir. Feodal təfəkkürlü bu tamahkar məmur cütlüyü dərsdən çox avralı xatırladan bu antipedaqoji tədbiri çəkinmədən xüsusi hazırlıq kimi qələmə verərək uşaqlarımızın hər birindən ayda 20-30 azn məbləğində pul da yığırlar.Hətta, iş o yerə çatıb ki, heç bir normal sənədləri(istər ünumi orta və ixtisas təhsili sənədləri, istərsə də əmək kitabçaları)və real normal minimal savadları olmadığından məktəbdə və kənarda(məsələn, Banklarda)ancaq direktorun korrupsiya fəaliyyətlərinin həyata keçirilməsinə xidmət edən cüt “müəllim”ələr pedaqoji kollektivin(şagirdlərin və müəllimlərin) gözləri qarşısında bir-birilərini yalnız öz tərbiyələrinə və əxlaqlarına uyğun təhqiramiz ifadələrlə təhqir edir, hətta. 102 polis xidmətinə öz müraciətləri əsasında Ağcabədi RPŞ-nin və Laçın RTŞ-nin araşdırmalarına cəlb olunmuşlar.Dövlətimiz tərəfindən məktəblərdə sinif otaqlarının qızdırılması üçün kifayət qədər vəsait ayrılsa da, bu təhsil müəssisəsində sinif otaqları qış uzunu qızdırılmadığına görə, bütün il boyu uşaqlarımızı müalicə etdirmək bzi əldən salıb. Bütün bunlarla kifayətlənməyən bu zirehləndirilmiş təhsil dəllalları öz gəlir sahələrini genişləndir mək üçün şagirdləri dərsə davamlı gəlmədiyindən boş qalmış sinif otaqlarından ticarət mərkəzi kimi istifadə etməklə öz havadarlarına daha yaxşı xidmət etməkdən qürur duyduqlarını açıq-aşkar bəyan edirlər.
Yalnız sayını bildiyimiz və bilmədiyimiz çapovulçuluqlardan ibarət olan fəaliyyəti Laçın rayon təhsil şöbəsinin bundan əvvəlki korrupsioner müdiri, Tərtər regional təhsil idarəsinin indiki müdiri Vəliyev Malik tərəfindən daima xüsusi olaraq yüksək qiymətləndirilən zərif cinsin bu nümayəndəsi məktəb kollektivini addımbaşı aldatma ğı, hətta şagirdlərin qarşısında təhqir etməyi nəinki qəbahət hesab etmir, hətta iltifatla əldə etdiyi diplomlarında və əmək kitabçalarında bərpaolunmaz problemlər olmasaydı, Laçın rayon icra hakimiyyətinin bundan əvəlki başçısının birinci müavini vəzifəsinə qədər də soxula bilərdi. Müavinlik arzusu baş tutmasa da,Laçın rayon seçki dairəsinin işlərini aparmağı həvalə etməklə havadar ları alternativi olmayan bu xanımın könlünü ala bilmişlər.
Xarici düşmənlərlə ləyaqətlə qarşı-qarşıya dayana bilmək üçün əsas şərtlərdən biri də bu qəbildən olan təhlükəli daxili düşmənləri tanıya bilib onları allah yoluna gətir məkdən ibarətdir. Görəsən, Laçın RİH-nin yeni təyin olunmuş Başçısı cənab Aqil Nəzərli və Laçın rayon təhsil şöbəsinin yenicə təyin olunmuş müdiri cənab Nicat Həsənov Laçın rayon təhsil şöbəsinin bundan əvvəlki, Tərtər rayon regional təhsil idarəsinin isə indiki müdiri Vəliyev Malikin Laçına qaytmağımıza əngəl törədən belə tör-töküntülərini tanıdıb zərərsizləşdirərək allah yoluna qaytara biləcəklərmi? Arlarında qohumluq əlaqələri olsa, belə!… Bu müqəddəs mübarizədə onlara yetərli səlahiyyətli dəstək və uğurlar arzulayırıq.
Möhtərəm Prezidentimizin korrupsiyaya qarşı davamlı çağrışlarında ictimai nəzarətin vacib olduğu fikrinə əsaslanaraq biz, rayonumuzda zirehləndirilmiş bəzi məmurların rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilən mütəşəkkil korrupsiya əməliyyatları haqqında məlumat verməklə öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq.
Çox hörmətli xəbər portalı, Sizdən artıq dərəcədə xahiş edirik ki, cəzasızlıq şəraitində bizi daha fəlakətli uçrumlara sürətlə aparan bu azğınlaşmış mütəşəkkil korrupsio ner məmurlar şəbəkəsinin allah yoluna qaytarılması üçün beynəlxalq və milli qanunlarımız çərçivəsində daha effektli tədbirlərin seçilməsində öz köməkdarlığınızı əsirgəməyəsiniz. Bu isə Sizin təxirəsalınmaz həm vətəndaşlıq, həm də vəzifə borcunuzdur.
İ m z a : /bir qrup Laçınlı valideyn adından Zeynalov Cəfər
Məmmədov Səttar
Korrupsiya.az olaraq adı keçən şəxslərində movqeyini dərc etməyə hazırıq.
KORRUPSİYA.AZ…