2015-ci ildə özünü “Muğanbank”ın qarşısında yandıran 36 yaşlı Malik Hüseynov 2 il sonra görüntülənib

KORRUPSİYA.Az-ın verdiyi xəbərə görə, bank maşınını əlindən aldığı üçün özünü yandırmışdı. Heç nə dəyişməyib.

Dəyişən sadəcə adamın xarici görünüşüdür. Deyir ki, adamlar mənə qəribə baxır. Maşını da əldən gedib, canı da.

Amma buna görə nə həmin bank, nə də onun sahibi olan “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev məsuliyyət daşıdı, üzr istədi.

Bu bir nümunədir ki, Azərbaycanda haqsızlıqla üzləşən vətəndaşın özünü yandırması da nəticə vermir. Əksinə, günahı elə onun boynuna biçirlər.

Məlum olub ki, “Muğanbank”a borclu olan Naxçıvan sakini Malik Hüseynov krediti ödəyə bilmədiyi üçün bu addımı atıb.

O, Binəqədi filialının qarşısında üstünə benzin tökərək özünü yandırıb. Hadisə “Azadlıq Prospekti” metrostansiyası yaxınlığında, 8-ci mkr. S.S.Axundov küçəsində qeydə alınıb.

Özünü yandıran şəxs banka gəlməzdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətində olub. O, İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovla görüşüb.

 Ə.Vəliyevin bankı qarşısında tükürpədici olaydan sonra “Muğanbank” öz işini davam etdirir. Hətta MTN şefi Eldar Mahmudovla şərik olduğu üzə çıxan bu bankın hələ də lisenziyası ləğv edilməyib.

Lakin bağlanacağı haqda iddialar var. Bank isə vətəndaşı intihara təhrik etsə də, nə təzminat ödədi, nə maşın qayıtdı.

Hər halda nə olursa-olsun, bir vətəndaşın özünü yandıracağı həddə qədər bank qansızlıq, vicdansızlıq etməməliydi. Ancaq bank önündə intihar getdikcə artır.

“Bank Respublika”nın “Azneft” filialı qarşısında özünü yandıran şəxsin kimliyi məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın müştərisi olan həmin şəxs Ramiz Manaf oğlu Manafovdur. 17.10.1953-cü il təvəllüdlü Ramiz Bakının Yasamal rayonunda qeydiyyatdadır.

Ramiz Manafovun banka nə qədər borcunun olması haqda hələ ki, dəqiq məlumat yoxdur. Xatırladaq ki, özünü yandıran şəxs bankın işçiləri və mühafizə xidmətinin əməkdaşının müdaxiləsi nəticəsində xilas edilib, xəstəxanaya aparılıb.

Bu bank Mərkəzi Bank sədri Elman Rüstəmova məxsusdur. Göründüyü kimi, məmurarın bankları camaatın qəsdinə durub.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.“Qafqazinfo”
İntiharlar
KORRUPSİYA.AZ

Paylaş