Bu dəqiqələrdə Azərbaycan Dillər Universitetində tələbələr etiraza qalxıb

KORRUPSİYA.Az xəbər verir ki, hazırda tələbələr ADU önündə aksiya keçirir.

Buna səbəb 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsidir. Tələbələr rektor Əfqan Abdullayevin yeni əmri ilə razılaşmırlar.

Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: “Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

“Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”.

Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.ulus.az

ADU tələbələri mitinq keçirir

Paylaş