RegionXeberleri.com-a Kəlbəcər rayon sakini tərəfindən şikayət məktubu daxil olub.Keçmiş polis olan narazı vətəndaş Tərtər rayon polis şöbəsində ona verilən işgəncə və üzləşdiyi qanunsuzluq barədə mətbuat vasitəsi ilə prezidentə və Daxili İşlər Naziri Ramil Usubova müraciət edir.Həmin müraciəti olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
surəti; Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova
Kəlbəcər rayon sakini, hal-hazırda Gəncə şəhər Gülüstan qəsəbəsi ADAU-6
saylıda məskunlaşmış Əliyev Aqil Bahadur oğlu tərəfindən
Ə R İ Z Ə
Cənab Prezident! Cənab Nazir !
Bu ərizəmdə yazıb Sizə bildirmək istəyirəm ki, 1990-cı ildən 2015-cı ilin sonuna kimi Kəlbəcər rayon Polis Şöbəsində 8 il PPX-də xidmət etmişəm. 1998-ci ildən isə Kəlbəcər RPŞ-nin DYPB-də YPX-nin inspektoru vəzifəsində xidmət etmişəm. 1994-cü ilədək Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qarabağ müharibəsi iştirakçısıyam.
31.12.2015-ci il tarixdə öz raportumla könüllü olaraq təqaüdə çıxmışam. İşlədiyim müddətdə rəhbərlik tərəfindən qüsursuz xidmətimə görə dəfələrlə medallarla, pul mükafatları ilə təltif edilmişəm. 2015-ci ildə Bakı şəhərində keçrilən Avropa Olimpiya oyunlarında iştirak etmişəm. Şəxsən General Ramil Usubovun imzası ilə təşəkkürnamə almışam.
Bu ərizəmlə Sizə bildirirəm ki, 28.05.2017-ci il tarixdə, təxminən saat 17-18 radələrində özümə məxsus “Mersedes BENZ” markalı, 20 DR 670 dövlət nömrə nişanlı avtomaşınla Gəncə istiqamətindən Tərtər rayonuna gedirdim. Bu zaman rayonun təzə kənd adlanan ərazidsinə magistral yolda Tərtər RPŞ-nin rəisinə məxsus xidməti avtomobil yolun əks istiqamətinə çıxaraq, yəni mənim yoluma çıxıb keçməsi üçün yol istədi. Mən isə öz yolumda olduğum üçün və qarşıma çıxan avtomobildən mənə yol verməsi üçün qabaq işıqlarımı yandırıb söndürərək yol istədim. Həmin maşın mənə yol vermək istəmirdi və istəyirdi ki, mən tamamən yolun sağ istiqamətinə çıxım. Yolda isə təmir işləri aparıldığından mən heç cür tamamən sağa çıxa bilmirdim. Polis avtomobili isə mənim yoluma çıxaraq hərəkətini davam etdirmək istəyirdi. Çünki, öz yolu ilə gedən hissədə hələ asfalt örtüyü vurulmamışdı. O, isə mənim yoluma çıxaraq rahat hərəkət etmək istəyirdi. Yolda təmir işləırinin aparıldığına baxmayaraq heç bir nişan qoyulmamışdır. Həmin maşın öz yolu ilə hərəkət etməyin əvəzinə mənim yoluma çıxmışdı. Mən isə ona bildirdim ki, öz yolunla hərəkət et. Çünki bütün maşınlar öz yolları ilə hərəkət edirdilər tək bu avtomobil yolun əks istiqamətinə çıxmışdı.
Tərtər rayonunun girişində abidə deyilən ərazidə dairəvi hərəkəti keçib Gəncə istiqamətində təxminən 200-300 metr hərəkət etdikdən sonra Tərtər RPŞ-nin DYPB-nə məxsus Hundai Aİ 35 markalı 10 YP 544 dövlət nömrə nişanlı avtomaşın arxadan uzaq vuran işıqlarını yandırıb söndürdüyü üçün mən maşınımı saxladım.YPXBİ-nin əməkdaşı maşından düşərək əli ilə məni yanına çağırdı. Özümü ona təqdim etdim . O, isə mənə heçnə demədən Tərtər RPŞ-nə getməyimi bildirdi. Ondan soruşdum ki, mənim RPŞ-də nə işim var. Qayda pozmuşamsa burda cəriməmi yaz. O, isə israrla bildirdi ki, tapşırıq var, səni mütləq RPŞ-nə aparmalıyam. Elə etmə ki, qrpu çağırım. Mən ona bildirdim ki, gəl mənim maşınımla gedək. O, bu zaman məni itələdi özümü düzəldə bilmədim və yolda təmir getdiyindən daşın üzərinə arxaşı üstə yıxıldım həmin an hiss etdim ki, belimdən xəsarət aldım.
Bundan sonra DYPB-nə məxsus avtomobillə Tərtər Rayon Polis Şöbəsinə getdik. Piləkənləri çıxarkən sonradan adı mənə məlum olan YPXBİ-nin Dilqəm adlı polis leytinantı təkrarən məni itələdi.
Tərtər RPŞ-nin binasına daxil olanda rəisin xidmət üzrə müavini polis leytenantı Əfqan Qurbanov məni gördükdə nalayıq söyüşlərlə söyüb təhqir etdi əli ilə sağa-sola dartışdırdı. “Məni tanıyırsan əəəəə. Mən bu rayonda söz sahibiyəm” deyə qışqırdı. Mən bu iki şəxsdən yəni rəis müavini Əfqan Qurbanovdan və YPXBİ-rundan öz hüquqlarımı qorumaq üçün vəkil tələb etdim. Qanunda da göstərilir ki, hər bir saxlanılan şəxs vəkillə təmin olunmalıdır. Hətda mənə imkan vermədilər ki, mən xüsusi vəkilimi dəvət edim. Telefonlarım əlimdən alındığından heç kimlə əlaqə saxlaya bilmirdim. Hətda mənim maşınımda olan bacım oğlu Ramini və qardaşım oğlu Bahaduru da qanunsuz olaraq 3 saatdan çox polis şöbəsində saxladılar. Onları buraxanda isə hər ikisinin telefonalrı özlərinə qaytarılan zaman məlum oldu ki, telefonun bütün yaddaşı polis əməkdaşlırı tərəfindən silinib. Hətda hər iki şəxs polis şöbəsində tanımadıqları əməkdaşlar tərəfindən nəlayiq söyüşlərə məruz qalıblar.
Mən şöbədə Əfqan Qurbanovdan həkim tələb etdim ki, xəsarətim var məni həkimə aparın və ya şöbəyə həkim dəvət edin. Bunlar isə mənim ağrımağıma və həkim tələbimə reaksiya vermədilər. Ə.Qurbanov dedi ki, bəlkə özüm sənə vəkillik etdim. Həkimdə ola bilərəm sənin üçün. Bu zaman Ə.Qurbanovun göstərişi ilə mən olduğum otağa bir ağ xalatlı qadın və mülkü geyimdə bir kişi daxil oldu. Mən onlardan kim olduqlarını soruşdum. Ə.Qurbanov dedi ki, deməyin adınızı, o kimdi ki, sizn adınızı soruşur. Mülkü geyimli kişi cibindən alkotestri çıxarıb mənə üfürməyimi bildirdi. Mən alkotestrin sertifikatını tələb etdim. O, bu zaman alkotestridə cibina qoyub aradan çıxdılar.
Mənə qeyri qanuni tutma protokolu tərtib edib məni məhkəməyə çıxardılar. Tərtər rayon Məhkəıməsi məni cəzalandırdı.Bildim ki, məni belə yollarla tutmalarının səbəbkarı rayonun polis rəisinin göstərişi olub. Mən ona yol verməməyimin qisasını çıxırdılar.Həmin gün mənə xəsarət yetirdikləri üçün hazırda müalicə olunuram. Onurğa sümüyümdə xəsarət yaranıb.
Mən 26 il iş günü ilə, güzəştlə 44 il 1 ay 7 gün xidmət edib dəfələrlə DİN-i tərəfindən mükafatlandırılmış, dövlətimizə və dövlətçiliyinizə sadiq olan sabiq bir polis nəfəri kimi hal- hazırda təqaüddəyəm. Azərbaycan Respublikasının vətəndaşının Təırtər RPŞ-nin bəzi əməkdaşları tərəfindən söyülüb döyülüb bədən xəsarəti almasına necə baxırsınız ?
Sizə xəbər vermək istəyirəm ki, məni Tərtər RPŞ-də bir kvadrat metr, natəmiz, çox çirkablı bir yerdə saxlayıb zülm və əzab verdilər. Həmin müddətdə Ə.Qurbanov mənə deyirdi ki, məndən şikayət etməsən sən oğraşsan, alçaqsan, kişi deyilsən. Onsuzda bilirlər ki, biz burda nə işlə məşğuluq- deyib gülürdü.
Mən qeyd etmək istəyirəm ki, mənim avtomobilimi YPXBİ-nin Dilqəm adlı əməkdaşı saxlayıb. Bu onun xidməti avtomobilinin kamerasında da var. Ancaq mənə RPŞ-nin DYPB-nin digər əməkdaşı (adı mənə məlum olmayan) inzibati protokol tərtib edərək məhkəməyə təqdim edib. Bu qanunsuzluq deyilmi? – Mən Sizdən xahiş edirəm həmin avtomobilin təhlükəsizlik kamerasının araşdırılmasına tapşlırıq verəsiniz. Araşdırlmalıdır ki, görək həmin gün həmin əraziyə hansı polis əməkdaşı və hansı avtomaşın təkim olunub. Məhkəməyə təqdim olunan raportu hadisə yerinə gəlməyən şöbə daxili əməliyyat qrupunda olan polis baş leytinantı Elgün Ağayevə mənim öz yanımda Ə.Qurbanov məcbur edib yazdırdı.
Cənab Prezident !Cənab Nazir ! Bu haqsızdıqları görəndə adamın ağlına belə bir fikir gəlir. Görəsən bizim polis bizi qoruyurmu, yoxsa biz özümüzü polisdən qoruyaq. Ə.Qurbnov və Dilqəm kimilər polis adına ləkə gətirənlərdir. Belələrindən nə desən gözləmək mümkündür.
Mən Sizdən xahiş edirəm ki, bu qanunsuzluqların araşdırılmasına tapşırıq verəsiniuz. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm.
İmza; Əliyev Aqil Bahadur oğlu”
Qarşı tərərfin də mövqeyini dərc etməyə hazırıq..
KORRUPSIYA.AZ