2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək.
Modern.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.
Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.
Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.