MTN bandasının cinayətləri barədə yeni-yeni faktlar açılmaqdadır; Bu dosyelər və məhəkədə şahidlərin, zərər çəkənlərin verdiyi ifadələr mahmudovçu qruplaşmanın əməllərinin miqyasının böyük olduğunu göstərir.
 Mahmudovun dəstəsinin cinayətkar əməllərinə şərik olanlar arasında “Yeganə” şadlıq evi sahibinin adı da keçir.

Şahid qismində dindirilən “Yeganə” şadlıq evinin sahiblərindən biri Məmməd Rəhimov istintaqa cəlb edilməsinin səbəblərini anlamadığını qeyd edib.

Onun sözlərinə görə, şərikli rəhbərlik etdiyi şadlıq evi şəhərin tamam başqa istiqamətində yerləşir və onun məsələyə heç bir aidiyyatı yoxdur.

Lakin şahid Ərsəddin Əsədov “8-ci kilometr” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi ilə bağlı məhkəmədə “Yeganə” şadlıq evinin məsələyə bağlılığını izah edib.

O, qeyd edib ki, “8-ci kilometr” bazarının keçmiş sahibi Çingiz Əsədov onun böyük qardaşıdır. Onun sözlərinə görə, qardaşı Çingiz bazarı 2001-ci ildə Səfərov qardaşlarına icarəyə verib.

Bundan sonra Səfərov qardaşları bazara qanunsuz sahibləniblər və Çingizə bazara daxil olmağa icazə verməyiblər. Çingiz məhkəməyə müraciət etdikdən sonra məhkəmə Çingizin xeyrinə qərar qəbul edərək bazarda onun fəaliyyətini bərpa edib.

Çingiz Əsədov məhkəmə qərarından sonra bazara gediyinin birinci günü zərərçəkmiş Səfərovlar bazarda hər kəsin gözü qarşısında qardaşı Çingizi döyüblər. Sonradan zərərçəkmiş Səfərovlar Çingiz Əsədovu və onun ailəsini axtarmağa başlayıblar.

Həmin vaxt Çingiz və ailəsi Səfərov qardaşlarından gizləndiyi üçün Çingizin “Qara Qarayev” metrosunun yanında olan evində özü qalırmış.

“Qapını döyən şəxslər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Aşağı düşəndə isə Salman Səfərovla bacanağı Səyavuş Mirzəyevi görüb.

Çingizin harda olduğunu öyrənə bilməyəndə Salman Səfərov ilk öncə telefonla kiminləsə danışaraq Çingizin evdə olmadığını deyib, daha sonra isə onu tutaraq “Yeganə” şadlıq evinə gətiriblər.

Həmin vaxt orada Səfərov qardaşları və restoranın sahibi Mamməd adlı şəxs olub.

Şahid məhkəmə zalında oturanlar arasından onu döyən şəxslərdən zərərçəkmiş Cəfər Səfərovu və “Yeganə” şadlıq evinin sahibi Məmməd Rəhimovu tanıyıb.

Şahidin sözlərinə görə, şadlıq evində Məmməd Rəhimov onun başına tapança ilə çoxlu sayda zərbə endirib, Cəfərin onun xalası oğlu olduğunu deyərək Çingizin harada gizləndiyini soruşub.

Lakin o, Çingizin harada olduğunu deməyib. Daha sonra hansı cəzanın verilməsi müzakirə olunub. Cəfər dedi ki, gəl, onu soyuducuya salaq.
Soyuducu iri idi, yəni evlərdə işlədilənlərdən deyildi. Məmməd Rəhimov onunla razılaşmayaraq cavab verdi ki, bu zibili ora salma, yeməkləri də xarab eləyər”.

Şahid əlavə edib ki, onu şadlıq evində əsir kimi 3 gün saxlayıblar. Çarpaz dindirilmədə zərərçəkmiş Cəfər Səfərov və şahid Məmməd Rəhimov şahid Əsrəddin Əsədovun yalan danışdığını və deyilənlərin uydurma olduğunu bildiriblər.

Bu ifadələrdən çıxan nəticə odur ki, “Yeganə” şadlıq evinin sahibi iş adamı yox, restoran müdiri deyil, cibində tapança gəzdirən kriminal şəxs olub. Hər halda onun MTN işi üzrə məhkəməyə çağırmazdılar.

Başqa şadlıq evlərinin sahiblərini deyil, məhz onu çağırıblarsa, deməli bu işlə əlaqəsi olub, adamı 3 gün girov saxlayıb, hətta soyuduca salıb.ulus.az

Paylaş