Xəzər dənizində neftçilərin itkin düşdüyü hadisədən təxminən 6 ay keçir

15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsindəki estakadanı və üzərindəki yaşayış budkasını da uçurmuşd u. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşmüşdü.

Onlar maşinist Güloğlan Zülfüqarov, operator Azay Zülfüqarov, operator Vidadi Qurbanov, mexanik Elçin Həsənov, operator Həsənağa Hacıəliyev, operator İlham Qafarov, operator Samir Əsədov, operator Cavid Bəhrəmov, maşinist Ramiz Abbasov, operator Qorxmaz Rüstəmovdur.

N. Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb, itkin düşmüş neftçilərin axtarışı ilə bağlı müvafiq işlər görülüb.

Qərərgahdan verilən məlumata görə, indiyədək həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində itkin neftçilərdən İlham Qafarov, Həsənağa Hacıəliyev, Vidadi Qurbanov, Qorxmaz Rüstəmov, Cavid Bəhramov, Ramiz Abbasov, Güloğlan Zülfüqarov, Azay Zülfüqarov, Elçin Həsənovun meyitləri tapılaraq aidiyyatı üzrə ailələrinə təhvil verilib.

İtkin düşən neftçilərdən yalnız Samir Əsədov tapılmayıb… (Modern.az)

Paylaş