Muğanbankın “Mərkəz” filialının müdiri Bakıxan Mürsəlovun hazırda kağız üzərində fəaliyyət göstərən neçə şirkəti var?

 

Azərbaycanın bank sektorunda böhran bütün kəskinliyi ilə özünü göstərməkdədir. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunda vəziyyətin stabilləşməsi üçün gördüyü tədbirlər nəticəsində bir-neçə bankın lisenziyası ləğv edildi və bazarda böyük paya malik bankların sağlamlaşdırılması üçün vacib qərarlar verildi.

 

Bütün bunların fonunda bahalı kredit və aşağı faizli depozit siyasəti həyata keçirən banklar ölkədəki mövcüd iqtisadi vəziyyətdə bir-birinin ardınca problemlər yaşamağa başladılar. Çünki hazırda bank sektorunda yaşanan problemlərin əksəriyyəti iqtisadi şərtlərdən deyil, menecmentin düzgün qurulmadığından qaynaqlanırdı. Belə ki, bank sektorunda təsadüfi adamlara idarəçiliyin tapşırılması, böyük kredit maxinasiyaları, iqtisadi konyukturaya adkevat olmayan kredit siyasəti əvvəl-axır böhrana gətirib çıxartmalı idi. Böyük neft gəlirləri dövründə xidmət və ticarət sahələri ilə işləməyə üstünlük verən, ölkənin iqtisadi inkişafı üçün faktiki heç bir çaba göstərməyən banklar indiki şəraitdə ölkədəki böhranı daha da sürətləndirmiş olur.

Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən hazırda fəaliyyət göstərən əksər bankların bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığını demək olar. Belə banklardan biri də millət vəkili Əhməd Vəliyevə məxsus olan “Muğanbank” ASC-dir. Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik etdiyi dövrdə işi “xod” gedən bank 2015-ci ilin oktyabr ayından başlayaraq böhranlı vəziyyətə düşüb. 1992-ci ildə yaradılan “Muğanbank” ASC-nin 2016-cı ilin əvvəlinə açıqladığı məlumata görə, bankın ölkə ərazisində 44 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi fəaliyyət göstərib. Hazırda bank rəhbərliyi yalnız böyük şəhərlərdə təmsilçiliyini saxlamaq şərti ilə qalan filialları bağlamaq istəyir.

Qeyd edək ki, “Muğanbank” digər banklardan fərqli olaraq lombard kreditlərinə daha çox üstünlük verib. Bu da o deməkdir ki, bankın verdiyi kreditlərin böyük hissəsinin təminatı olub. Bank demək olar ki, istehlak kreditləri verməyib. Yalnız pensiya alanlara girovsuz istehlak kreditləri təklif edib. Böyük vəzifəli şəxslər tərəfindən himayə olunmasına baxmayaraq “Muğanbank”ın menecmenti müasir tələblərdən çox geri qaldığı üçün bazardakı payı olduqca aşağı qiymətləndirilir. Əhməd Vəliyevin sahibi olduğu başqa biznes strukturları üçün kassa rolunu oynayan “Muğanbank”da böyük maxinasiyaların həyata keçirilməsi barədə zaman-zaman mətbuatda məlumatlar işıqlandırlıb.

Belə ki, “Muğanbank”ın “Mərkəz” filialının adı mediada qeyri-şəffaf vergi əməliyyatlarında hallandırılıb. Xüsusilə iri vergiödəyicilərinin vergidən yayınması prosesində iştirak edən “Muğan Bank” ölkənin vergi sistemindəki bütün qara əməliyyatların ört-basdır edilməsində və bu sahədəki çirkli pulların yuyulmasında əsas instansiya olduğu mətbuatda əksini tapıb. Bu işdə əsas şəxs isə “Mərkəz” filialının müdiri Bakıxan Mürsəlovun adı çəkilib. Bakıxan Mürsəlovun “Muğanbank” rəhbərliyinin iradəsindən kənar gizli maxinasiyalar həyata keçirdiyi də yayılan məlumatlar sırasındadır. Bütün bunlara baxmayaraq Bakıxan Mürsəlov bu gündə fəaliyyətini davam etdirməkdədir. Bankın “Mərkəz” filalı ilə bağlı redaksiyamıza daxil olan məlumatların təhlili onu göstərir ki, vergi və kredit maxinasiyaları həyata keçirmək üçün böyük bir şəbəkə fəaliyyət göstərməkdədir. Redaksiyamıza daxil olan məlumata görə, Bakıkan Mürsəlov yaxın qohumlarının və yaxınlarının adına onlarla şirkət qeydiyyatdan keçirib. Kağız üzərində fəaliyyət göstərən şirkətləri yaratmaqda hansı məqsədin hədəflənməsi ilə bağlı araşdırmalarımız davam edir:

Növbəti yazımızda Bakıxan Mürsəlovun gizli fəaliyyəti ilə bunları biləcəksiniz:

– Bakıxan Mürsəlovun hazırda kağız üzərində fəaliyyət göstərən neçə şirkəti var?
– Həmin şirkətlər kimlərin adına rəsmiləşdirilib? və həmin şəxslər gizli əməliyyatlardan nə qədər mükafat alır?
– Həmin şirkətlərə nə qədər kredit ayrılıb?

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (AzToday.az)

Paylaş