Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən tələbə övladı bu qədər vəsait necə əldə edir?
Artıq bir neçə gündür ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsinin rəisi, əməlləri ilə Prezident iradəsinə qarşı çıxan Nizami Məmmədovla bağlı araşdırmalarımız davam edir. Xatırladaq ki, ölkə Prezidentinin məmurların özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər təşkil etməsini kəskin tənqid edən çıxışı zamanı, “bunu yığışdırın, bəsdirin” – deyə konkret göstəriş verməsinə baxmayaraq, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədov martın 8-də – doğum günü, paytaxtın ən bahalı restoranlarından birində – “ALTUN” sarayda özü üçün ölkə şou-biznes nümayəndələrinin iştirakı ilə 50 illik yubiley tədbiri keçirmişdi. Mənbənin verdiyi məlumata görə şou-biznes nümayəndələrinin, hətta klounların belə qatıldığı məclis gecənin gec saatlarına qədər davam edib. Olduqca təmtəraqlı keçən məclisin foto və video görüntüləri ötən saylarımızda redaksiya tərəfindən dəyərli oxuculara təqdim edilib.
– İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
– Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
– Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Göründüyü kimi İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovu israrla qoruduqları zaman Azərbaycan Respublikası Qanununu da pozurlar. Biz media olaraq ötən saylarımızda da qeyd etmişdik, görəsən Prezident Sərəncamı ilə yüksək vəzifələrə təyin olunan hər iki şəxs – Vilyam Hacıyev və Əhməd Əhmədzadə üçün Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun özəlliyi nədir? Sözsüz ki, məhz bu suala cavab alana qədər araşdırmalarımız davam edəcək. Əslində bu araşdırmalarımızın nədəni ölkə Prezdentinn mediaya verdiyi önəmdir.
“…Bizim mətbuatımız ölkədə gedən müxtəlif proseslərlə bağlı operativ məlumat verir. Onu da qeyd etməliyəm ki, bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda mən məlumatı, o cümlədən mətbuatdan əldə edirəm. Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir.”
Xatırladaq ki, ərəb şahzadələrinin əyləncələrindən geri qalmayan Sabir Məmmədlinin həyat tərzi atası – Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədlinin sahib olduğu kapitalın göstəricidir. Və biz bir daha media mənsubu olaraq İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədən saytımız vasitəsilə soruşuruq: Prezident iradəsinə qarşı çıxan İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun oğlu, Azərbaycan Kooperasiya Universitetində təhsil alan tələbə Sabir Məmmədlinin gecə həyatına xərclədiyi külli miqdarda pulların mənbəyi haradır? Bir neçə yüz manat əmək haqqı alan məmurun heç bir yerdə işləməyən tələbə övladı bu qədər vəsait necə əldə edir?