Azərbayca bnda adambaşına düşən ət istehlakı azalmağa doğru gedir; Ekspertlərildirir ki, il ərzində Azərbaycanda adambaşına ət norması 84 kiloqramdır…
Azərbaycanda ümumi əti təmiz ətə çevirəndə 300 min ton ət istehsal olunur.Bu da adambaşına 30-31 kiloqram ət istehsalı deməkdir.
Ölkəyə adambaşına 3 kiloqrama yaxın ət idxal olunur. Bu isə o deməkdir ki, Azərbaycan daxili istehsal hesabına özünün ətə olan tələbatının 38 faizini ödəyir, üstəlik, 3-4 faiz də idxal edir.
stehsalın azalmasının başqa bir səbəbi örüş sahələrinin olmamasıdır. Ekspertlər bu qənaətdədirlər ki, yaxın 2 ilə rayonlarda heç kim iri və xırda iribuynuzlu mal-qara saxlamayacaq. Çünki indi otlaq sahələrinin təyinatı dəyişdirilir.
Regionlardakı otlaq sahələri şərabçılığın, tütünçülüyün, pambıqçılığın inkişafı adı altında fermerdən alınır.Bu isə heyvandarlığın məhvi deməkdir.
Hazırda birinci biçim ot pressinin bir bağının qiyməti 4.80 qəpikdir. Qiymətlərə və mövcud şəraitə baxanda fermerlərin heyvandarlıqdan imtina etməsinin səbəbini anlamaq heç də çətin olmaz.
Son zamanlar ətin qiymətində müəyyən artım müşahidə olundu. Fermerlərin bir çoxu bunun səbəbini yemin bahalaşması ilə izah etdilər.
Yemin bahalaşmasına təsir edən ilk amil isə yonca sahələrinin yerində kənd təsərrüfatında texniki bitkilərə əsasən də pambıq üçün ayrılmasının səbəb olduğu deyildi.
Son iki ildə otlaqlarda texniki bitkilərin əkilməsinə üstünlük verilir.Əsasən pambığın, tütünün, üzümçülüyün ərazisinin genişləndirilir.100 illər boyu istifadə olunan otlaq sahələrinin texniki bitkilərə ayrılması əlavə problem yaratdı.
Hələ ki, pambıqdan gəlir götürə bilmirik. Pambıq sahələrinin artımı yem tədarükünü azaltdı.Bu isə həm qiymətlərə, həm də mal-qaranın sayının azalmasına təsir göstərdi.
Otlaq sahələrinin azaldılması isə doğru yanaşmanın olmadığını sübut edir. Çünki illərlə maldarlıqla məşğul olan rayonlarda yuxarıdan verilmiş qərarlarla pambığın əkilməsi effekt vermir. Son illərdə bunun əks-effektini müşahidə etməkdəyik.
Əgər otlaq sahələrinin və yem bazasının azalması halı davam edərsə, mal-qaranın azalmasına səbəb olacaq. Bu da qiymətlərin artımına təkan verəcək amilə çevriləcək.
Bu da kənd təsərrüfatı naziri Heydər Əsədovun yarıtmaz siyasətidir ki, ət getdikcə bahalaşır, əhali vaxtı-vaxtında evinə ət ala bilmir.ulus.az
KORRUPSIYA.AZ