11 saylı ərazi vergi dairəsinin bəzi vergi məmurlarının (Zaur Adilov, Əliyev Nüsrət Həsi oğlu,
Vəliyev Nofəl Fazil oğlu ) Kənt təsərüfatı ixracatçılarına və Azərbaycanın iqtisadiyyatına xaincəsinə
vurduğu ziyandan
Azərbaycan Respubilikasının Birinci Vitse Prezidenti Mehriban Xanım Əliyevaya
Ş İ K A Y Ə T
Hörmətli Mehriban Xanım! Bu gün Sizin və Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqına
göstərdiyiniz qayğı və himayəni görməmək olmaz. Sizin sahibkarlara yaratdığınız əlverişli şərait bizləri
həmişə məmnun etmişdir.
Cənab Prezident İlham Əliyevin kənt təsərufatının ixracıynan bağlı verdiyi fərmanlar ixracı təşviqi
üçün yaratdığı şərait kənd təsərüfatı ixracatçılarına böyük dəsdək olmuşdur. Lakin, bəzi vergi
məmurlarının (Vergi auditinin 11 saylı vergi ərazi idarəsi) xəbərimiz olmadan bizə hesabladığı analoji,
ağlasğmaz vergilər Cənab Prezidentin və Sizin kənd təsərüfat ixracatçılarına göstərdiyiniz köməyə kölgə
salır.
Beləki Yazıb sizə bildirirəm ki, mən bir sahibkar kimi Rusiya və.s olkələrdə şirkətlər ilə bağladığımız
müqavilələr əsasında Azərbaycan Respubilikasında istehsal olnuna kənd təsərüfatı məhsullarını
istehsalçılar tərəfindən Rusiya və digər ölkələrin bazarlarına çxarılmasına xidmət göstərirəm.
Bu gün 11 saylı vergi ərazi dairəsində kənt təsərüfatının ixracıynan bağlı 15 və daha çox sahibkar bəzi
vergi məmurlarının hesabladıqları analoji vergiler nəticəsində küllü miqdarda borc yaranaraq
həbsxanalara kimi təhlükə altındadılar.
Hörmətli Mehriban Xanım vergi məmurlarına verdiyimiz izahatlarda açıq aşgar fəaliyətimizin nədən
ibarət olduğunu göstərsəkdə, biz sahibkarların fəaliyyət göstərdiyimiz yerlərə baxış keçirməmişlər, köhnə
qaydada analoji vergi hesablamışlar.Çünki, fəaliyyət göstərdiyimiz ərazilərə baxış keçirdsələr
anlayacaqlar ki, ixrac olunan məhsulların sahibləri istehsal edən vətəndaşlardır.Fəaliyyət göstərdiyimiz
yerlər dedik də Xaçmaz rayonunun Çərxi, Ləzzət adlanan ərazilərdə ki yük platformalarıdır.Gətirilən
kənd təsərufat məhsulları bu platformalardan yuk qatarlarına, yük maşınlarına yüklənərək istehsal edən
vətəndaşlar bizim vasitəmiz ilə Rusiya və digər ölkələrin bazarlarına çıxarılır.Gömrük qaydalarına uyğun
olaraq biz sahibkarlar Rusiya ərazisində bəzi şirkətlərlə müqavilə bağladığımızdan məhsulların istehsal
edən şəxslərin isdəyinə uyğun olaraq istədikləri yerlərə çatdırılmasına xidmət göstəririk.Məhsul
sahiblərinin Rusiya ərazisində müqavilələri olmadığından məhsulları bizlər öz adımızdan sənədləşdirib
xidmət göstəririk. Gömrük idarəsinin bizdən tələb ettikləri sənədlər tərtib edib məhsulları ixrac
edirik.Lakin bir muddəttən sonra vergi nazirliyindən analoji vergilər hesablanır ki, bu vergilər nəticəsində
də, həm fəaliyyətimiz iflasa uğrayır, həm vergi borcu nəticəsində istintaqlara, məhkəmələrə, həbsxanalara
düşürük.Nəticədə də dövlət büdcəsinə vergi ödənmir.Bir sahibkar olaraq bizdə vergilərimizi ödəmək
istəyirik.Lakin fəaliyyətimiz çərçivəsində Sizdən vergi məmurlarından ibarət bir qrup düzəldib bizim ilə
bərabər bu problemi gömrükdə həll olunmasını və bizim yük platformalarında məhsulların daşınması
zamanı fəaliyyətimizə uyğun vergi tutulmasına köməklik göstərəsiniz.Dəfələrlə vergi məmurlarına bu
barədə kömək üçün müraciyyət etsək də “biz gömrüyün işinə qarışmırıq” cavabını almışıq. Misal üçün
kənd təsərüfatı ixracatçılarından biri olan Hidayətov Zöhrab Raqub oğlu (Vöen 4000379342) vergi
nazirinin birinci müavini Sahir Məmmədxanovla görüşərək analoji verginin hesablanmaması üçün və
gələcəkdə sahibkarların hesablanan küllü miqdarda vergilərlə həbsə düşməmələri, Azərbaycan da istehsal
olunan kənd təsərüfatı məhsullarının ixracının gələcəkdə bərbat vəziyyətə qalmaması üçün bütün
nöqsanları danışmasına baxmayaraq hələdə eyni qaydada küllü miqdarda vergiler hesablanır. Sanki, 11
saylı ərazi vergi dairəsində bəzi vergi auditçiləri kənt təsərüfatı ixrac edən sahibkarların yuxarıda
göstərilən izahatlarını araşdırmadan öz vəzifələrindən sui istifadə edərək hansı məqsədlər güddüyü
məlum olmadan birmənalı şəkildə bir neçə kənt təsərüfatı ixrac edən sahibkarların vergi yükü altında
qalmasına, bir neçəsinin istintaq və həbsxanaya düşməsinə səbəb olurlar. Şəxsən mənə ( Talıbov Zabil
Ocaqverdi oğlu Vöen 4001125772) kameral vergi olaraq bir milyon üç yüz min manat vergi hesablayıb
vergi istintaqına yollamışdılar.Nəticədə mənidə həbsxana gözləyir.
Biz bu məsələlərin ortadan qalxması üçün 11 saylı ərazi vergi dairəsinə yazılı, şifahi məlumat versəkdə
bizə gələn cavab bu işnən məşğul olmayın deyilmişdir.15 ildən artıq bu fəaliyətnən məşğul olan
sahibkarlar varki kənt təsərüfatı məhsullarını istehsal edən istehsalçıların məhsullarını ölkə hüdutlarından
kənarda satışına, tanınmasına köməklik göstərmişlər. Son bu iki ildə 11 saylı ərazi vergi dairəsi külli
miqdarda borclar hesablayaraq ixraca vasitəçilik edən sahibkarları müflis vəziyyətinə qoyaraq,
sahibkarların izahatlarını, fəaliyətlərinin nədən ibarət olduğunu dinləməyərək bir mənalı şəkildə ondan
yuxarı sahibkarın fəaliyətinin dayanmasına səbəb olmuşlar.Bu da, ixraca vasitəçilik edən sahibkarlarla
bərabər azərbaycanın kənt təsərüfatı iqtisadiyatına böyük zərbələrdən biridir.
Hörmətli Mehriban Xanım vergi və gömrük məmurları sahibkarlarla bərabər bu nöqsanlar aradan
qaldırılmasa, sonuna qədərdə bizim fəaliyyətə analoji vergilər hesablanacaq, heç bir nəticə əldə
olunmayacaq. Bu məsələ ilə bağlı 10 dan yuxarı sahibkar məhkəmə və istintaqlarda:
1.Hidayətov Zöhrab Raqub (Məhkəmədə vergi borcu 844 min) 051-379- 89-69
2.Byaramov Fərrux Teymur (Məhkəmədə 700 min)050-671- 82-81
3.Xəlilov Akif Vahid (Məhkəmədə 457 min) 050-346- 81-51
4.Hidayətov Yaqub Raqub 051-394- 44-47
5.Vəliyev Ramin Hüseyn (Həbsdə) 157 min
6. Əsədov Aqil Adil (Həbsdə) 2milyon 55 min
7.Süleymanov Razi Ravi ( fındıq ixracı ) 147 min 050-604- 89-89
8.Temirov Seymur Dağısdan (fındıq ixracı 206 min) 055-555- 56-97
Və digərləri…
Hörmətli Mehriban Xanım Bizim bütün səylərimizə baxmayaraq 11 saylı ərazi vergi dairəsində bəzi
vergi məmurları heç bir araşdırma aparmadan komputer arxasında kənt təsərüfatı ixracatçılarına “
düşmən mövqeyindən” çıxış edirlər.
Hörmətli Mehriban Xanım Sizdən artıq dərəcədə xahiş edirik bu nöqsanların aradan qaldırılması üçün
tək bizim yox Azərbaycan Respubilikasının iqtisadiyatını zərbə altından qurtarmaq üçün mənimlə
bərabər 10 yaxın sahibkarı qəbul edəsiniz, dərdimizi sizə söyləyək.Əks təqdirdə kənt təsərüfatı ixrac edən
sahibkarlar hamısı həbsxanalarda olacaq.
Əvvəlcədən sizə təşəkkürümüzü bildiririk.
anaxeber.az