Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətov uzun illər boyu dövlət büdcəsindən və rəhbərlik etdiyi zavoddan taladığı pullarla açdığı inşaat malları topdan satış mərkəzini satmaq qərarına gəlib.
Bu barədə AzFakt.com-a Sabirabaddan daxil olan məlumatda bildirilir. Həmin məlumatda bildirirlir ki, Şirvan Üzən Nasoslar Zavodunun müdiri Əliheydər Dövlətova məxsus Sabirabad rayonun Dadaşbəyli kəndinin yaxınlığındakı inşaat malları topdan satış mərkəzi satışa çıxarılıb. Bir neçə ilə yaxındır ki, fəaliyyət göstərən topdan satış mərkəzində milyon manatlıq mal-metarlın olduğu qeyd edilir. Saytımıza məlumat verən rayon sakinlari iddia edirlər ki, ölkədə maliyyə böhranın yaranmasından sonra Əliheydər Dövlətovun topdan satış mərkəzində işlər geriləməyə başlayıb.Çünki Şirvan Üzən Nasoslar Zavodunun müdiri satdığı mal-matrealların üstünə xeyli miqdarda pul qoyur. Bu isə kasıb vətəndaşların alıcılıq qabiliyyətini aşağı enməsinə səbəb olub.Qabaqlar vətəndaşlarda az-çox vəsait var idi və uzun yol getməmək üçün Əliheydər Dövlətovun baha qiymətə satdığı matrealları almağa məcbur idilər. İndi isə vətəndaşın vəziyyəti günü gündən ağırlaşır və alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşür. Bütün bunları yaxşı bilən Əliheydər Dövlətov “böhran”ın dərinliklərində batmamaq üçün obyektini satışa çıxardıb.
Sabirabad sakinlərinin bildirdiklərinə görə Əhmədzadənin işçisi obyektini mal-matreal qarışıq 800 min manata satır. Ancaq topdan satışmərkəzini boş alan olsa o zaman qiymət razılaşma yolu ilə 300 min manat ola bilər. Bildirək ki, Əlheydər Dövlətov uzun illərdir Şirvan Üzən Nasoslar Zavodunun müdiri vəzifəsində işləyir və məhz bu qurumun hesabına kiçik “oliqarxa” çevrilib. İllərdir dövlətin ayırdığı vəsaitlərin böyük bir hissəsini müxtəlif yollarla mənimsəyən direktor pulunun çoxluğundan tikinti mal-matrealları biznesinədə girişmişdi. Şirvan Üzən Nasoslar İdarəsi ilə bağlı ölkə mediasında dəfələrlə şikayətlər yer alsada Əliheydər Dövlətov öz vəzifəsini qoruyub saxlaya bilib. Saytımıza göndərilən məlumatda vurğulanır ki, direktor yaxın ətrafına onun arxasında Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyevin dayandığını açıq şəkildə deyir. Bildirək ki, Əliheydər Dövlətovun topdan satış mərkəzi ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.