Son zamanlar bir çox sürücülərimiz yol polisinin özbaşınalığı ilə qarşılaşırlar. 
Sfera.az-a daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, ölkəmizdə ay ərzində əksər yol polisləri vəzifə səlahiyyətlərini aşaraq sürücüləri özbaşınalıqları ilə təngə gətiriblər. Məlumatda qeyd edilir ki, yol polisləri sürücüləri manevr qaydalarını pozduqlarına görə saxlayır və avtoxuliqan adı altında avtomobili cərimə meydançasına göndərirlər. Orada sürücüdən avtomobilə aid bütün sənədlər alınır və məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində hansısa otağa və ya hansısa rayon DYP Şöbəsinə yaxınlaşmaları bildirilir. Sürücü də rayon və ya şəhər BDYPİ-nə yaxınlaşaraq, avtomobili cərimə meydançasından çıxarmaq istədiyini bildirir. Lakin sürücü öz hüquqlarını bilmədiyi zaman idarədə rüşvətxorluqla üzləşir və müəyyən məbləğlər “oxunur”. Qiymətlər isə 500-700 manat arası dəyişir.
Avtoş” adıyla tutduqları sürücüləri buraxıb…
Qaydalara görə, yol polisi bir avtomobilə avtoxuliqan kimi “saxla” əmri verirsə əlində görüntü, fotofakt olmalıdır. Avtomobil cərimə meydançasına aparıldıqdan sonra, yol polisi sürücü ilə birlikdə məhkəməyə yollanmalıdırlar. O zaman görüntülər məhkəməyə təqdim edilməlidir ki, baş vermiş hadisəyə uyğun olaraq, müvafiq qaydalara əsasən, cərimə tədbirləri tətbiq edilsin. Lakin yol polisi isə tam əksinə edir. “Avtoş”luq adı ilə tutduqları sürücüləri buraxıb, maşını cərimə meydançasında saxlayırlar. Heç bir sənədləşmə aparmadan pul aldıqdan sonra buraxırlar.
Eyni oyundan sərxoş sürücülərin də başına gətirilir…
Bununla yanaşı, son zamanlar sərxoş sürücülər üçün bir çox reydlər keçirilir. Həmin reydlərdə sərxoş halda saxlanılan sürücülərə qanuni protokol tərtib edilmir. Yəni eyni oyundan sərxoş sürücülərin də başına gətirilir. Sürücülük vəsiqəsi və avtomobilə aid olan bütün sənədlər sürücünün əlindən alınır və şöbəyə yaxınlaşması bildirilir. Qanunda göstərilir ki, sərxoş sürücü saxlanılan zaman tibbi müayinədən keçirilməli və qanuna uyğun olaraq məhkəmə qarşısına çıxarılmalı, nəzərdə tutulan cəza və cərimə tətbiq olunmalıdır.
Qanunun onları güzəştsiz cəzalandıracağına əmin idilər…
Bundan başqa, bir müddət bundan öncə ölkəmizdə keçirilən Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları zamanı xüsusi formada çəkilmiş sarı zolaqlara sürücülərin daxil olması qadağan edilmişdi. Sürücülər isə daxil olmağa cürət belə etmirdilər. Qanunun onları güzəştsiz cəzalandıracağına əmin idilər. Hətta xüsusi formada çəkilmiş sarı zolaqlardan istifadə olunması ilə bağlı qərar verildikdən sonra, sürücülər nəzərdə tutulan xəttə daxil olmağa ən azı bir həftə cürət etmədilər. Bəli, əslində qanunun tələbi bu idi. Belə halda da Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyəti üzərinə götürməli və qanunun sərt üzünü işçilərinə göstərməlidir. Əks halda sürücülərimiz polis özbaşınalığından əziyyət çəkməkdə davam edəcəklər.
Cavabdehlik daşıyan BDYPİ heç bir tədbir görmür…
Əlavə olaraq onu da qeyd edək ki, bu gün “YouTube” internet kanalına yol polisinin özbaşınalığı, rüşvətxorluğu haqqında minlərlə video yerləşdirilib. Maraqlısı odur ki, qeyd olunan məslələrə cavabdehlik daşıyan BDYPİ heç bir tədbir görməyib. Bu cür davranışlarla sürücüləri incitməklə yanaşı, həm də dövlətin nüfuzuna xələl gətirilir. Bunu da Azərbaycan sürücülərinin rüşvət vermək alışqanlığı ilə əlaqələndirmək yalnışlıqdır. Bütün bu qanunsuzluğa son qoymaq üçün yol polislərinin avtomobillərinə video registr və səs qeydlərinin yazılması üçün avadanlıqlar quraşdırıldı. Hətta onların məvacibləri artırıldı ki, rüşvətxorluğun qarşısı alınsın. Buna baxmayaraq, sürücülər yenə də yol polisləri tərəfindən rüşvətxorluqla üzləşir və incidilir. Hər bir sürücü Gürcüstanda və digər xarici ölkələrdəki kimi bizdə də yol polisi sisteminin kökündən ləğv olunmasının tərəfdarıdır. Xalq istəyir ki, yeni bir departament yaradılsın və ora əli rüşvət almağa öyrəşməyən, dili acı olmayan polis işçiləri işə götürülsün.
“Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim”
Sitatın sonu: Yuxarıda yazılan faktlara söykənərək qeyd etmək istəyirik, bir neçə gün bundan öncə tanınmış nasir, publisist Xeyrəddin Qoca Feysbuk sosial şəbəkəsində avtomobilinin texniki pasportu və sürücülük vəsiqəsi əlindən alınan qızından rüşvət istənilməsi haqda status paylaşıb. O, Yasamal Polis İdarəsinin kapitanı Emil Seyidovun ona, “Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim” deyərək rüşvət istədiyini yazıb. 100 manat rüşvət aldığı iddia edilən Yasamal Rayon Polis İdarəsinin kapitanı Emil Seyidovun haqqında araşdırma başlanıması barədə məluamat verən  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, məsələ ilə bağlı Xeyrəddin Qoca ilə əlaqə saxlamağa çalışıram.
“Bizdə belə hallar müzakirə edilmir, birbaşa araşdırma aparılır. Mətbuatda yayımlanan xəbərdən sonra dərhal araşdırma aparılması üçün göstəriş verilib”, – Əsədov bildirib.
Paylaş