Hacıyeva Lalə Zülfü qızı – Sumqayıt şəhər icra hakiminin müavini vəzifəsində çalışan , sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.Bu vəzifəyə təyin olunmamışdan əvvəl Sumqayıt şəhər 41 nömrəli körpələr evi uşaq bağçasının müdiri kimi fəaliyyət göstərmişdir. Müavin vəzifəsinə təyin olduğu gündən etibarən, bağçaların kurasiyası ona həvalə edilmişdir pedaqoji fəaliyyəti bazara çevirib 30 min manata bağça müdirəlik kreslolarının satışı ilə məşquldur.
Ümumiyyətlə, uşaqların təlim tərbiyəsi deyil, bağça ,,Arvadları,, idarəetməsini yaxşı bilən və ,,Bağçamız,, mahnısını həvəslə oxuyan xanımdır. Sumqayıt icra hakimiyyətində müavin kimi fəaliyyətə başladığı gündən etibarən, Şəhərin iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması ilə məşğul olmaq əvəzinə, bilavasitə aparat rəhbərlərinin ailələrinin, evlərinin, geyimlərinin, onların zinət əşyalarınin təhlili, daha sonra bağça müdrələri və ya bu vəzifəyə teyin oluna biləcək gələcək namizədləri geniş təhlil etmişdir. Onlardan kimləri işdən azad etmək sualı qarşısında qalanda, əlbəttə ki, gözünə ,,Zeif,, görünən, daha peşəkarları işdən uzaqlaşdırmaq yönümdə proqnozlar etmiş və niyyətini həyata keçirmək istiqamətində iş aparmışdır. Yeni teyin olunacaq bağça müdirlərini isə, ,,Cibinə,, görə daha təmin olunmuş xanimların təqdimatını hazirlamış və əmrinin verilməsinə yardımçı olmuşdur.
Qapalı və açıq iclaslarda öz jarqon çıxışları ilə yadda qalmışdır. ,,Qızlar, baxın yanarsınız.,, ,, Bura Azərbaycandır, müdirlər həmişə bağça kuxnasından, bağçaya uşaq götürməsindən, valideynlərdən, aylıq yığılan puldan dolanırlar.,, ,, Onsuzda Avropa Şurası bilirki bizdə seçkilər saxtadır.,, ,,Mənim arxam çox yuxarıda oturub.,, kimi ifadələri hamının qulağında sırğadır.
Hec bir inkişaf yolu keçməyən, 27 yaşında bağça müdiri və sonra isə başçı müavini olan bu xanım, evvel uşaq bağçasında valideynlərdən, sonra ise bağçaya müdir, müəllim hətta texniki işçilərin təyinatından aldığı rüşvətlə çox zəngin bir xanıma çevrilmişdir. Əlbəttə hər kəs öz yerində olsa, daha yaxşıdır.
XəbərAl.az redaksiyası bu xəbərin davamını işıqlandıracaq Lalə Hacıyevanın mülklərini, övladlarına məxsus 100 minlərlə manat dəyərində olan avtomobillərinin şekillerini yayımlayacayıq.