Azərbaycan Hava Yolları (AZAL) hava yolları sahəsində monopolist şirkət olmaqla bərabər qiymət siyasəti ilə də xarici vətəndaşların ölkəmizə səfərini məhdudlaşdırır.
AZXEBER.COM xəbər verir ki, bu dəfə AZAL-ın Nyu-york – Bakı səfəri ilə Nyu-York – Tiflis reysi arasında yaranan ikiqat qiymət fərqi anlaşmazlıq yaradıb. Belə ki, AZAL Nyu-Yorkdan Tiflisə bir nəfəlik biletin qiymətini 341 avroya, Bakıya isə 672 avroya qoyub.
Post-neft dönəmində şirkətin hansı səbəbdən bu cür qiymət siyasətini müəyyənləşdirdiyi cavabsız qalan suallar arasındadır.
Həmin fərqi əks etdirən görüntüləri təqdim edirik: