Bazarda taksi xidməti təklif edən məşhur şirkət müştərini aldadıb.
Bakı şəhər sakini Şakir Əliyev unikal.org-a bildirib ki, 3 gün əvvəl gecə saat 11:00-radələrində “Ekonom- *9111” vasitəsi ilə taksi sifariş verib.
Sifarişin ünvanı isə səhər saat 5:00-da Binə Atçılıq Mərkəzinin yanından Heydər Əliyev adına Bakı Hava Limanı olub.
Ş.Əliyev vurğulayıb ki, o xaricə yaxın adamını yola salmaq üçün bu sifarişi verib: “Təəssüf ki, *91-11 taksi xidmətindən səhər saat 5-ə 20 dəqiqə qalmış zəng gələrək xidmət göstərə bilməyəcklərini deyiblər.
Səbəb kimi, ərazidə avtomobillərinin olmaması göstərilib. Amma sifariş verilən zaman isə avtomobilin nömrəsinə kimi bizə göstərib, sifarişi qəbul etmişdilər”.
Şikayətçi vurulayıb ki, *9111 taksi şirkətinin məhsuliyyəstsizliyi səbəbindən az qala qonaqları da təyyarəyə gecikəcəkmişlər:
“Onlar geciksəydi bəs biletin pulunu kim ödyəcəkdi? Şirkət bunu edəcəkdimi? Təbii ki, yox”.
Qeyd edək ki, şirkətin rəsmi internet səhifəsində “biz zəmanət veririk” başlığı ilə də elan yerləşdirililib.
Elnada isə bildirilir:
Dəqiqlik. Bizimlə Siz heç vaxt gecikməyəcəksiniz. Dispetçerlər məlumatı vaxtında sürücülərə ötürür və onlar da təyin edilmiş saatda Sizin ünvanda olurlar.
Təhlükəsizlik. Sürücülərin təcrübəsi və peşəkarlığı sizə Bakının istənilən nöqtəsinə qədər, tıxacları keçərək, dəqiq və tez çatmağa icazə verəcək.
Bakıda ucuz taksi. Ucuz qiymətə yaxşı və keyfiyyətli xidmət.
Şəhər və şəhər ətrafı yüksək rahatlıq və ucuz səfərlər. Geniş təmiz salon, yumşaq oturacaqlar, yayda sərinlik və qışda isti səfəri maksimal xoş edəcək.
Vətəndaş deyib ki, şikayətini xidmət elanı ilə müqayisə etsə, görünür *9111 verdiyi vədə deyil, yalana xidmət edir!