Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

Azerbaycaninfo.az-a Ağcabədi təhsil şöbəsində baş verən qanunsuzluqlarla bağlı məlumat daxil olmuşdur. Məlumatda bildirilir. Təyinatının bir ili tamam olmamış Solmaz Rəhimovanın əməlləridən Ağcabədi təhsilinin işçiləri təngə gəlib. Belə ki, qanunsuz tələblər, müəllim yerdəyişməsi bu təhsil şöbəsində ənənəvi hala çevrilib.

Solmaz Rəhimovaya vəzifələr necə peşgəş edildi?

2010-cu ilədək Abbas Quliyevin direktor işlədiyi 5 saylı şəhər orta məktəbində müəllimə kimi işləmişdir. Qeyd edək ki, Solmaz Rəhimova Abbas Quliyevin həyat yoldaşıdır. Qısa müddət ərzində həyat Solmaz Rəhimovanınüzünə gülür. İcra başçısı S. Rəhimovanın həyat yoldaşı Abbas Quliyevi işdən çıxarır və Solmaz xanımı həmin məktəbə direktor təyin elətdirmək üçün Təhsil nazirliyinə şanlı bir təqdimat göndərir. Və buna da müvəffəq olur.

Şöbə müdirinə töhmət necə verildi

Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi
Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi

Bildirilir ki, elə həmin gündən məktəbin qara günləri başlayır. Məktəbdə bəzi müəllimlər dərsə gəlmir. Bunun muqabilində isə direktor razı salınır. Məktəbin İdris adlı müəllimi Ağcabədi-Moskva marşrutunda sürücü işləməsinə baxmayaraq S. Rəhimova onu ştat cədvəlində saxlayıb maaş kartını özü alır. Solmaz Rəhimovanın qızı Quliyeva Sevinc Abbas qızının Bakı şəhərində yaşamasına baxmayaraq həmin məktəbin işçisi kimi əmrləşdirilir. Eyni zamanda qızı Sevinc Quliyevaya Bakıda yaşadığı halda, Ağcabədi mərkəzi xəstəxanasında dekabr 2016-cı il il tarixdən, iyul 2017-ci il tarixə qədər qeydiyyata alınaraq “bülleten” açdırılır. Əvvəlki direktor, Solmaz Rəhimovanın həyat yoldaşı Abbas Quliyev ikinci qrup, eləcə də Solmaz Rəhimova özü ikinci qrup əlil olsa da 36 saat dərsi tədris etməyi sadalanan qanunsuzluqların hələ, bir hissəsidir. Nəhayət, S.Rəhimovanın bəxti yenə gətirir, 2016-cı il 14 sentyabrda Ağcabədi təhsil şöbəsinə müdir təyin edilir. Əməllərini burda da davam etdirən S. Rəhimovanın işçiləri arasında dava düşür. Belə ki, S.Rəhimovadan Təhsil Nazirliyinə şikayət edilir və direktor işlədiyi dövrün yoxlanılması tələb olunur. Nazirliyin Nümayəndəsi Məhəmməd Aslanov isə onun işlədiyi dövrü yoxlamaq əvəzinə 14.09.2016-cı il tarixdən sonrakı dövrü yoxlamağa qərar verir. Nazirin 09 mart 2017-ci il tarixli əmrinə əsasən Məktəbin müəllimi İdris və qızı Sevinc müəllimə işdən azad edilir. Rayon təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya töhmət verilir.

Solmaz Rəhimova Nazirin əmrinə və ona verilən töhmətə məhəl qoymayaraq qızının adını məktəbin ştat cədvəlində saxlaya bilir. Və 01 iyul 2017-ci ildə onu növbəti əmək məzuniyyətinə göndərir.

S.Rəhimova nazirin müvafiq təlimatını pozmaqla qanunsuz yerdəyişmələr etməyə başlayır.

Bir nəfər fizika müəllimini Poladlı kənd ortaməktəbindən 7 saylı şəhər məktəbinə, bir nəfər ingilis dili müllimini 12 saylı şəhər məktəbindən 3 saylı şəhər məktəbinə, bir nəfər fizika müəllimini isə Ağabəyli kənd orta məktəbindən 3 saylı şəhər məktəbinə dəyişdirir. Qeyd edilir ki, 5 saylı məktəbdə direktor əvəzi işləyən F.Allahverdiyevaya 09 mart 2017-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət verilir. Amma.. əmması budur ki, şiddətli töhmət alan direktor əvəzi, Solmaz Rəhimova tərəfindən qüsursuz təqdimatla nazirliyin keçirəcəyi direktor müsabiqəsinə təqdim olunur.

Ailə quran 11-ci sinif şagirdinə attestat hansı məktəbdən verildi

Bu da azmış kimi 1 saylı şəhər məktəbinin 11-ci sinif şagirdi Həsənova Günay Fərəc qızı ailə həyatı qurub Bakı şəhərinə köçdüyü üçün direktorun əmri ilə şagird heyətindən çıxarılır. Amma Solmaz Rəhimova şagirdin valideynləri ilə ”razılaşaraq” Qaradolaq kənd orta məktəbinin direktoru ilə cinayət əməlinə girməklə onu 04 aprel 2017-ci il tarixdə həmin məktəbə daxil etdirir. Dəhşətlisi isə odur ki, həmin ailəli şagird imtahanlara buraxılaraq Attestat alır.

Maraqlıdır, bir il sınaq müddətində təhsil nazirliyinin töhmətinə layiq görülmüş S. Rəhimovanı Təhsil nazirliyi və Ağcabədi rayon icra hakimiyyəti həmin vəzifəyə necə təsdiq edəcəkdir?

Sadalanan faktlara aydınlıq gətirmək üçün adları hallanan vəzifə sahiblərinə dəfələrlə zəng etməyimizə baxmayaraq. Bu istiqamətdə cəhdlərimiz uğursuzluqla nəticələndi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azerbaycaninfo.az

Paylaş