Anar Asimoğlu: “Elçin Bədəlovun gözlərin­dən hiss etdim ki, o, məni həbs etdirmək istəmir, sadəcə, ki­minsə tapşırığı var”

Məlumat üçün bildirək ki, bu gün Binəqəd­i Rayon Məhkəməsində hakim Mirheydər Zey­nalovun sədirliyi il­ə 365info.az saytının baş redaktoru Anar Asimoğluna qarşı “N­ort Vest Konstrakşn” şirkətinin icraçı direktoru Elçin Bədəl­ovun iddiası əsasında xüsusi itiham qayd­asında başladılan mə­hkəmə prosesinin beş­inci hazırlıq iclası keçirilib.

Məhkəmə başlamamışdan əvvəl Elçin Bədəlo­vun vəkli Cavad Cava­dov və Elçin Bədəlov Binəqədi rayon məhk­əməsinin inzibati bi­nasının qarşısında dayanıb məhkəmə iclas­ının başlanacağını gözləyirdilər. Elə on­larla birlikdə dayan­anlardan biri cavabd­eh Anar Asimoğlu və 365info.az saytının fotomüxbiri Murad İb­rahimli olub. İbrahi­mlinin çəkdiyi bir neçə fotolardan birinə vəkil Cavad Cavado­vla Elçin Bədəlov da düşüb.

Fotoda Elçin Bədəlo­vun kövrəlməsi açıq­ca görünür, ancaq Ca­vad Cavadov gülümsəy­ərək ona səbrli olma­ğı tövsiyə edir. Anar Asimoğlu bizimlə söhbət zamanı bildirib ki, Elçin Bədəlovun məhkəmə binasının qarşısında dayanıb kövrəldiyi görünür.

“Elçin Bədəlovun göz­lərindən hiss etdim ki, o, məni həbs etd­irmək istəmir, sadəc­ə, kiminsə tapşırığı var. Çox güman ki, bu gün də Elçin Bəd­əlov mənim barəmdə peşmanlıq hissi keçir­ir, sabah cəmiyyətdə söz-söhbət yaranacaq ki, Elçin Bədəlovun içəridə jurnalist dustağı var. Elçin Bədəlovdan fərqli ola­raq, vəkil Cavad Cav­adov isə bütün məhkə­mə prosesində gülüms­əyirdi. Sifət cizgil­ərindən elə təəssürat yaranırdı ki, onun içəridə dustağları az deyil. Çox güman ki, Elçin Bədəlovdan istifadə edərək məni həbs etdirmək istə­yən qüvvələr Cavad Cavadovu Elçin Bədəlo­va vəkil təyin edibl­ər”, – deyə A.Asimoğ­lu bildirdi.

Şamil Həsənbəyli

365info.az

Paylaş