Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru “Göyçay-Avtonəqliyyat” ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almaq üçün heç bir tədbir görmür

Bu barədə Ulus.Az-a daxil olan xəbərə görə, bütün bu neqativ hallar göz önündədir.

Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansa da, asfalt örtüyü çəkdirmir, köhnə piştaxtaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyuducu sistemi təşkil etmir.

İntensiv yağışlardan bazarda dəhşətli mənzərə yaranıb. Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur. Bura nə bazar kimi bazar deyil, nə də ki, avtobaza kimi heç nəyə yaramır.

İşləməyən köhnə yararsız avtobuslar bazara qarışıb. Elə bil ki “Göyçay-Avtonəqliyyat” ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub. Buna baxmayaraq icra başçısı heç bir tədbir görmək istəmir. Buna görə də Arif Əliyev bildiyini edir.

Ulus.Az xəbər verir ki, hazırda Arif Əliyev hiyləyə əl ataraq çirkab içində itib-batan yararsız bazarında alver edən insanlara özü yazıb tərtib etdirdiyi saxta ərizəyə imza etdirib.

Bununla çıxış yolu tapmaq istəyir. Guya həmin saxta ərizəni imza edən vətəndaşlar prezident İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Göyçayın icra başçısı Mehdi Səlimzadədən xahiş edirlər ki, biz bu çirkab içində olan bazarda qalıb işləmək istəyirik, tozun, palçığın, antisanitariyanın satıcılara və alıcılara heç bir ziyanı yoxdur.

Bu biabırçılıqdır ki, Arif Əliyev öz maddi maraqlarına görə əl atıb avam insanlarla yanaşı başda prezident olmaqla digər vəzifəli şəxsləridə aldadır.

Sakinlər vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət ediblər:

“Cənab prezident, pul qazanmaq üçün “Göyçay-Avtonəqliyyat” ASC-ni bazara döndərib antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan “bazarkom” Arif Əliyevin barəsində tədbirlər görəsiniz”.

Paylaş