TƏRTƏRƏ YENİ TƏYİN OLUNAN DYP RƏİSİ KİMDİR…? Bu sual həm cavablanması zor olan mövzudur. Həmdə əldə edilənlərdən oxucuları da yuxarı təbəqələrində bilmədikləri məlumatlar yer almaqdadır. Odur ki, bütün əldə etdiklərimizi sizinlə paylaşırıq…

Korrupsiya.az Qaynarxeber.info-ya istinadla xəbər verir ki, Tərtər rayonu DYP rəisi təyin edilən Müşfiq Əliyev baş leytenant ola-ola kapitan kimi əmr alıb. Amma hələdə baş leytenant olaraq qalmaqdadır.
Apardığımız atası Eldəniz Əliyevin hakimiyyət dairələrində yaxın qohumluq əlaqələri olması sayəsində oğul vəzifə sahibi ola bilib. Mənbələrdən əldə etdiyimiz məlumata görə, DYP rəisi təyin edilən Müşfiq Əliyev atası Eldəniz Əliyev əvvələr üç dönəm kolxoz sədri olub. Hər dəfəsində isə rüşvət və korrupsiya məsələləri ilə qalmaqal yaşayıb. Çox maraqlı faktlarla qarşı qarşıyayıq. “İNQİLAB” kolxozuna üç dəfə rəhbərlik edən şəxs dəfələrlə işindən uzaqlaşdırılmasına baxmayaraq yenidən vəzifəsinə qayıtmaq yolunu tapıb.

Etibarlı mənbələrdən Eldəniz Əliyevlə bağlı aldığımız məlumat da isə Kolxoz sədri olan dövrdə işçilərə zülm etməsi ilə yaddaşlarda qaldığı bildirilir. Belə ki, istədiyi vaxt onları təhqir və tənqid etməsi ilə bağlıda məlumatlar verilib.

E.Əliyev oğullarını müharibə dövründə gizlətməsi və hərbi xidmətə göndərməməsi kimi verilən məlumatlar da qeyd edilib. Gənclər müharibə yollandıqları zaman E.Əliyev M.Əliyevi gizlədərək saxta diplomla hərbidən saxlamaqa müvəfəq olmuşdur. E.Əliyevlə bağlı Tərtərdə başçı işləmiş Sərdar Həmidova məlumatlar verildiyindən onu işindən azad etmişdir. Kolxozda sədir işlədiyi dövrdə hamını müharibəyə zorla yola salmağı bacaran E. Əliyev öz oğlu 1970-ci ildə anadan olan oğlunu Bakir Əliyevi kolxozda gərəkli şəxs kimi göstərib müharibədən saxlamışdır. Hər iki oğlunu hərbidən yayınması üçün əlindən gələni edən ata bu gün özünün Tərtər əhalisinə edə bilmədiyi zülmləri oğlu vasitəsi ilə həyata keçirməkdədir.
“Tərtər rayon İsmayılbəyli kəndində 48 ev Eldəniz Əliyevin sədrili müddətində boşalıb. Caamatı müharibəyə göndərəcəm deyib rusiyaya sürgün edib…”

Qaynarxeber.info xəbər verir ki, nazir Ramil Usubov 2017-ci ilin fevralındaTərtər Rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyinatı olub.
M.Əliyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəzalar üzrə baş inspektoru vəzifəsində çalışıb. O, 2015-ci ildə mətbuatın gündəmini zəbt edən avtomobil qəzasını araşdıran inspektor olub. Maraqlı tərəfi isə kapitan kimi təyinat alan M.Əliyev əslində baş leytenantdır. Hətta bu gündə baş leytenant rütbəsin daşımaqdadır.

E.Əliyevin oğlu Tərtər rayon DYP rəisi keçdikdən sakinlər artıq avtomobilərin sataraq at-eşşək almaq istəyir. Çünki rayonda iş adamları və sahibkarlara göz verib işıq vermir. Bütün işlərini paytaxt DYP sistemi ilə işlədir. Protokol tərtib edilmiş avtomobil sahibləri həm cərməni həmdə cərimə qədər “şirinliy”in verməsə avtomobili cərimə meydançasından çıxa bilməz..- deyə vətəndaşlar bildirib.

Eldəniz Əliyev ailə şəbəkəsinə nəzər saldıqda inanılmaz faktlarla qarşılaşdıq. Bütün bu etdikləri əmələrin cəzasız qalması və bu gün oğlu M.Əliyevin də əməllərinə niyə göz yumulmasının sirləri açıldı…

Əldə edilən məlumatlardan çəkilən sxem üzərinə müəyyən olunub ki, bu qədər rahat hərəkət etməsində kimlərə güvənməkdədir…

TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

Paylaş