Baş nazirin müavini Abid Şərifovun müsahibəsi gündəmə bomba kimi düşüb. Onun açıqlamaları müzakirələrə səbəb olub

FİA.Az yazır ki, A.Şərifov qudurğan məmur övladlarına və onlara tərbiyə verənlərə eyham dolu ismarıclar ünvanlayıb.

“Nazir vətənini sevən, partiyasına və dövlətinə sadiq adam, insan olmalıdır. Daha fırıldaq, dələduz olmalı, cızığından çıxmalı deyil.

Yoxsa ki, “burada mənəm, Bağdadda kor xəlifə” deməklə iş olmur” – deyə, bəzi komanda yoldaşlarının “bostanına daş atan” baş nazirin müavini son hadisələrə diqqət çəkib.

Araşdırmalarımızdan belə nəticə hasil olub ki, A.Şərifov müsahibəsində MTN rəhbəri Eldar Mahmudov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, keçmiş vergilər naziri Fazil Məmmədov və bəzilərini nəzərdə tutub.

Həmçinin, keçmiş rabitə naziri Əli Abbasov və başqalarının ünvanına bu ifadələri səsləndirib.

FİA.Az xəbər verir ki, A.Şərifov məmur uşaqlarına da ilişib. Sitat: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir.

Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur?

Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir?

Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur.

Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür.

Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən.

Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

Araşdırmalarımızdan belə nəticə hasil olub ki, A.Şərifov müsahibəsində general Novruzəli Orucovun avtobus şoferini döydüyü üçün həbs olunan oğlunu, əmlak komitəsi sədri Kərəm Həsənovun Biləsuvarda kəndlini döyən əmisi oğlunu, polisi yumruqlayan “Nurgun motors” şefi Nuru Əliyevin oğlunu və s. nəzərdə tutub.

2017-ci il qudurğan məmur uşaqlarının ili kimi yadda qaldı.İlin əvvəlindən ta son aylarına qədər ayrı-ayrı vaxtlarda məmur övladlarının harınlıqları faciələrə yol açdı.

Neftlə zəngin ölkənin quyularından çıxan qara qızıldan varlanan və milyarderə çevrilən məmurları indi qurduqları idarəetmənin verdiyi fəsadlarının quyusuna düşməyə başlayıblar.

Baş nazirin müavini Əli Həsənovun iki nəfəri qəza törədərək öldürməsi və həbsə getməsi göstərdi ki, babası Nail Allahverdiyevə özü cəza vermək istəyir.

İlk olaraq isə iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun atasından icazəsiz idarə etdiyi “Porşe” markalı avtomobillə gənc qadını vurub öldürməsi yada düşür.

Son belə hadisəni isə Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu törətdi.

Aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.

Məmur uşaqları bu cinayətlərinə görə həbs olunsalar da, qarşısıalınmaz bir proses gedir.

Ən son olaraq Bərdə RİH məmuru Zaur Bəylərov iki nəfərin həyatına son qoyub. A.Şərifovun müsahibəsi isə ciddi bir mesajdır…

Paylaş