Korrupsiya.Az Hakimiyyet.Az- A istinadən xəbər verir ki, Banklarıın əhalini soyması barədə çox deyilib, yazılıb. Bu faktdan dövlət qurumları xəbərdar olsa da bankların soyqunçuluq fəaliyyəti ilə bağlı ölçü nədənsə götürülmür.
Y A P icra katibinin müavini, deputat Siyavuş Novruzov Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı təklif edib ki, kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri yüksək faizlə verməsinin qarşısı alınsın: “Belə olmasa, kredit alan hansısa sahibkar heç bir bizneslə məşğul ola bilməz. Banklar dollarla depoziti vətəndaşdan 3%-ə götürürsə, digər vətəndaşa 24%-ə verir. Belə olan halda, bir vətəndaşdan 21% gəlir götürülür. Bu faizə kredit götürən vətəndaş onu qaytarmaq məqsədilə götürmür.Məlumdur ki, həmin krediti qaytara bilməyəcək və bunu etmək mümkün də deyil. Bu baxımdan Mərkəzi Bank bu məsələlərə ciddi nəzarət etməli və hesablanmalıdır ki, hansı əsasa görə vətəndaşlara belə yüksək faizlə kredit verilir.

Səyavuş Novruzov bu qurumların fəaliyyətini ciddi tənqid edərək bildirib ki, banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur, onları hüquq-mühafizə orqanları qarşısında asılı vəziyyətə salır. “Bu fikirləri bir hökumət rəsmisi etiraf edirsə, onda ölkədə fəaliyyət göstərən bankların əhalini bu cür çarəsiz vəziyyətə salmasına dövlət qurumları niyə dözürlər və həmin soyöunçular haqda tədbir görmürlər?
Hakimiyyət.az saytına vətəndaş Mehtiyev Vüsal Rza oğlu  belə soyğuncu qurumlardan biri- Nikoil bankın fırıldaqçı əməlləri barədə şikayət məktubu ilə müraciət edib. Müraciətdə deyilir:”2015-ci ildə ilk dəfə müqavilə əsasında Şəfiyev Mahir Şahkərəm oğlunaNikoil bankin Sumqayıtdakı filialında zamin durmuşam. Sonradan həmin bank 2 ay sonra eyni sənədlərlə Rüstəmov Mahir Əlibaxış oğlu adlı bir vətəndaşı mənim heç bir xəbərim və tanışlığım olmadan, saxta imzayla zamin edib. Bu bank özüm olmadan, öz mənafelərinə uyğun şəkildə məni tanımadığım adamın zamini edib. Müqavilələrdə kimsə mənim yerimə imza atıb.

İlk öncə bankın filial müdirinə şikayət etdim. Lakin heç bir nəticə əldə olunmadı. Mən bu barədə Nikoil bankın 28 may küçəsində yerləşən baş ofisinə müraciət etdim. Lakin onlar yenidən məni Sumqayıtdakı filiallarına göndərərək araşdırmanı məhz orda aparılacağının dedilər. Yenidən bu bankın  filialına rəhbərlik edən şəxsin müavinin qəbulunda oldum. O, məni həmin bankın Sumqayıtdakı filial müdirinin köhnə müavini Mübariz müəllimin yanına göndərdilər.O bildirdi ki, məsələ aydındır və qısa zamanda öz həllini tapacaq. Lakin artıq iki ildir ki, bu məsələ həmin bank tərfindən süründürməçiliyə salınıb. Tez-tez narahat edilir, incidilirəm. Hər gün mənə zəng edirlər. Sonda məhkəmədən məktub gəldikdə tam əmin oldum ki, məsələ həllini tapmayacaq. Məni məhkəməyə çağirdilar.Məcbur gəldim dedim ki, mən o insanı tanımıram və həmin sənədlərə imza atmamışam. Daha doqrusu imzam saxtalaşdırılıb. Mən hətta bankın bu qanunsuzluğundan sonra o şəxsi tapdim və məni tanıyıb tanımadığını soruşdum. O, tanımadığını, ilk dəfə gördüyünü dedi.Həmin şəxs bildirdi ki, içəridə tanışım vardı bu işlərlə məşğul olurdu. Onu  ofisə çağırıb sənəd imzaladaraq pulu veriblər.  Sonra eşitdim ki, həmin şəxs Rusiyada öldürülüb. Sonradan öyrəndim ki,  bu adam  mənə yaxın məhəllədə qalırmış.

Sizdən xahiş edirəm ki, mənim bu şikayətimi işıqlandırasınız və bu qanunsuz əmələ imza atan Bank rəhbərliyindən cavab tələb edəsiniz. Ən azından məhkəmə mənim imzamın saxlatalaşdırlması faktını üzə çıxarsın.

Paylaş