Həyat yoldaşının və oğlunun şərlənərək həbs edildiyini bildirən vətəndaş Ruqiyə Abdullayeva Respublika Prezidenti İlham Əliyevə və bütün hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı müraciətin bir surətini də Aktualinfo.org saytı redaksiyasının elektron poçtuna göndərib. 
Ağsu rayonunun Qazyan kənd sakini olan Ruqiyyə Abdullayeva oğlunun və həyat yoldaşının başına gətirilənləri geniş ictimaiyyətin diqqətinə çatdırmaqla ölkədə qanunsuzluqlara yol verən məmurların ifşa olunmasını istəyir. “Gəncə Şərab 2” ASC-nin təsisçilərindən olan Taşlitski Efim Mixayloviç və onun sürücüsü Tofiq Zülfüqarov tərəfindən Ruqiyyə Abdullayevanın tora salınmış oğlu Loğman Abdullayevin 18 il həbs cəzasi almasında bir çox şübhəli məqamlar var. Burada külli miqdarda pulun oğurlanmasından söhbət gedir. Hansı ki,həmin pullar özü oğurluq pullardır. Qdur ki,Ruqiyyə Abdullayevanın müracətindən bir sıra məqamları diqqətinizə çatdırmaq istərdik.
“Gəncə-şərab-2”-nin 10 %-payının təsisçisi Taşlitski Efim Mixayloviçin (Fima) sürücüsü Zülfüqarov Tofiq Nadir oğlu evində seyfdə saxladığı və müdirinə məxsus 3.4 mil. Dollar ”çirkli” pulu mənimsəmək məqsədilə dostu olmuş bağbanı Nurlan Bayramov vasitəsilə oğlum Loğmanı oğurluq işinə cəlb etmişdir. Belə ki, Efim Tofiqi atasına görə öz yanına etibar edərək şəxsi sürücü kimi işə götürmüşdür. Efimin əvvəllər etimadını qazanmış, Tofiqə saxlanması üçün etibar edilmiş və xaricə göndəriləsi 3.4 mil. dollar pulunu Efim Berlinə gedəsi gün ( 1 may 2015-ci ildə) mənim oğlum başda olmaqla və 2009-cu ildən əvvəl Tofiqə sonra isə Efimə bağbanlıq etmiş bir kasıb balasını, Nurlan Bayramovu oyuna salaraq onların əlilə əvvəldən sövdələşdikləri kimi, ümumi məbləğin 3/1 hissəsini ( 1.2 milyon dollarını) özünə götürmüşdür. Hadisədən 40 gün sonra rəhbəri Fimanı da aldatmış ki, hansısa “MTN dəstəsi” Qala kəndinə gedərkən yolda qabağını kəsib pulları evindən aparıblar. Efim də məsələni dərindən araşdırmadan yaxın çevrəsinin köməyilə pulların geri qaytarılmasına çalışmışdır. Tofiq əvvəlcə müstəntiqləri, sonra isə həm də əvvəldən sövdələşdiyi və kirayə tutduğu“dəstə” üzvlərinə başda mənim oğlum Loğmana qarşı da aqressiv davranaraq susmağı və bir “zərərçəkən” olmaqla bütün pulların hamısını geri qaytarmasını canfəşanlıqla tələb etməklə sonda öz qurduğu plan üzrə istəyinə nail olmuşdur. Tofiq evindəki 3.4 mil. Dol. pulların oğurlatmağına şərait yaratmaqla bu cavanları əvvəlcə dilə tutaraq şirnikləndirmiş 50 gündən sonra isə “strelka”nın onun üzərinə yönəldiyini görüb( hadisədən 3 gün sonra Tofiqlə Loğmanın aeroptun gözləmə zalında birlikdə olması, loğmanın ona 8000 evro pulu sayıb verməsi, Tofiqin telefonla danişması və s. hərəkətlər onun əlbir olmasını ortalığa qoymuşdur.)lakin, bu hərəkətlərə bəraət qazandırmaq və özünü xilas etmək üçün göz yaşı tökməklə əvvəlcədən sövdələşdiyi polis müstəntiqinin əlilə sonradan tam nail olmuşdur. Loğmanı bacıları ilə qorxudaraq asanlıqla onun İstanbuldan qayıdaraq polisə təslim olmasına və bütün pulların geri qaytarılmasını tələb etmişdir. Və bu barədəTofiq istintaqda izahat yazdırıb. Amma Loğman da onunla şərtləşmışdir ki, Qazaxıstanda yaşayan atası Çingiz Abdullayevlə işləri olmasın. Tofiq bir “zərərçəkmiş” kimi tanınmaqla vədinə xilaf çıxdı və həyat yoldaşım Çingizi də hadisədən 2 il sonra istintaqa cəlb edib 12 il həbs verdirdi.
Lakin bu günədək nə Loğman, nə də Tofiqin şəxsi 6 illik tanıdığı bağban Nurlan Bayramov da Tofiqi sona qədər satmadılar ki, bu pul oğurluğu planının başında duran elə Tofiq özü olub. Yoxsa, məsələyə adi məntiqlə yanaşılsaydı bağban hardan bilirdi ki, sənin metronun yanında yaşadığın binada nə qədər seyfdə pul saxlıayırsan? Sən onun dostluq münasibətindən istifadə edərək bildirmisən ki, müdüri Efim sənə cəmi 3-5000 manat maaş pul verir. Özləri isə milyonla dolları ora- bura xərcləyirlər. Və Tofiq Nurlana çoxlu bank kreditinin olmasını da demişdir.Və təklif etmişdir ki, metro H.Aslanovdakı evində seyfdə Efimin hazırda 3,4 mil. dollarını seyfdə saxlayır. Nurlan, gəl sən bir etibarlı adam tap başa sal ki, MTN adıilə bir dəstə təşkil edib yolda mən Qalaya bacımgilə gedəndə qabağımı kəssinlər. Və evimdə məlumat əsasında 3,4 mil. dollar “çirkli” pullar olduğunu bildirməklə bu pulların 33 faizi mənə geri qaytarılmaq şərtilə qalanını aparıb bölüşsünlər. Və bütün navodkaları-dəqiq məlumatları da Nurlana Tofiq özü deyib planı təşkil etmişdir. Yoxsa Nardaranda sadə bir rayon uşağı olan bağban nə bilirdi ki, Tofiqin seyfində 3.4 mil dollardır, avrodur, yoxsa manat. Gəlib saymışdı? Və Tofiq də istintaqa verdiyi ifadəyə görə ona deyib ki, Efim Berlinə gedəsi gün uşaqlar bu işi təşkil etsinlər. Və Tofiq özün 5 saatdan sonra müdiri-Efimi Aeroporta aparmaq əvəzinə guya Qala qəsəbəsində olan bacısının yanına gecə saat 23-00-da gedib gəlməyi qərara almışdır.Əslində planlaşdırdığı oğurluğa şərait yaratmışdır. Və həmin gecə saat 23-də də əvvəlcədən danışılan kimi loğman Tofiqin qabağını kəsibmiş və o da heç bir müqavimət göstərmədən dərhal təslim olub. Və bu məlumatı da guya bağban dəqiqliklə Loğmana bildiribmiş. Axı bağban hardan bilməli idi ki, sən müdirin evində ona bacınıza baş çəkib qayıdacağınızı eşitsin. Və dəqiqliklə saat neçədə Qala istiqamətində hərəkət etdiyinizi bilsin?. Hadisə baş verən gündən Tofiqin mobil telefonu və pasportu özündə olub. Mayın 4-də loğman İstandula, Tofiq isə 5-6 dəqiqədən sonra Moskvaya yola düşüb. O zaman niyə Tofiq 50 gün ərzində əlindəki telefonla Fimaya və yaxud polisə zəng edib baş vermiş “OĞURLUQ” barədə bir söz deməmişdir? Yalnız 50 gündən sonra Fima ondan saxladığı 3.4 mil.dol. pulu xaricə yola salmağı tapşıranda Tofiq baş vermiş hadisəni anlatmışdır.Yəni, belə bir ucuz “oğurluq” planını həyata keçirilməsinin reallığa uyğun olmadığı orta məktəb şagirdinə də gün kimi aydındır. Aydın olmayanı isə Efim Taşlitski kimi bir yəhudi ağıl sahibinin Tofiqin quraşdırıb söylədiyi süni“oğurluq”nağılına inanmasıdır. Adam bir maraqlanmazmı ki, belə bir iri məbləğli oğurluq planını həyata keçirən dəstə üzvləri heç əvvəllər bircə dənə toyuq oğurlaya biliblərmi? Bu adı ticarət adamının və ya bağban nə dərəcədə qüdrətli oldular ki, məlumatı eşidəndən 3 gün sonra belə bir riskli oğurluq planını “peşəkarlıqla” həyata keçirsinlər? Azərbaycanda ümumiyyətlə son 50 ildə 100-150000 dollar pul aparan oğru dəstəsinin işinə şahidlik edən varmı görəsən? Ola bilməz. Azərbaycanda bu məbləğdə pullar yalnız banklardan oğurlanır. O da bank müdirlərinin əlilə. Ən acınacaqlısı budur ki, Tofiq özünü işdə zəzərçəkən kimi( guya pullar ona məxsus olub) əvvəlcədən qurduğu teatr tamaşasını davam etdirir və Logmanın ailəsini düşmən obrazında canlandırmaqla özünə 18 il,bağbana 18 il, atası Çingizə 12 il həbs verdirməyi bəs etməmiş, hələ Loğmanı həbsdə öldürəcəyini, bacılarını da həbsə atacağıilə hədləyir. Sanki oğurlanmış və geri qaytarılmış pullar dədəsnin olubdur. Bəs niyə istintaq və məhkəmə hakimləri soruşmurlar ki, ay Tofiq əgər sənin 3.4 mil. Dollar pulun vardısa niyə gedib banklardan iri məbləğlərdə kreditlər götürürdün? Bəlkə kreditlərini bağlamaq üçün sənə etibar edilmiş 3.4 mil.dol. pulun 3/1-nə əvvəldən gözün düşüb?
Əslində, Tofiqin süni hərəkətləri və bizim ailəyə qarşı genosid təşkil etməsi Efimin ondan şübhələrini diqqətdən yayındırması üçün hesablanmış axmaq hərəkətlərdir və saxta canfəşanlıqdan başqa bir şey deyil. Amma Tofiqq bilsın ki, yalan ayaq tutar amma yeriməz”, “Oğru istənilən halda iz qoyur” və s.
Əgər ədalət və qanunlarımız tətbiq olunarsa:
Tofiqin həbsə atdırdığı uşaqlara imkan yaradılsa onlar əslində hadisənin necə baş verdiyini dəqiq detallaı şəkildə izah edərlər. O zaman bu oğurluq planın sifarişçısı kimi Tofiq ifşa oluna bilər.
Tofiqin əslində bir “KRISA” olaraq Efimə hələ bundan sonra nə qədər zəzər verə biləcəyi izah oluna bilər.
Tofiqin gec-tez əslində satqın və xəyanətkar birisi kimi ifşa olunacaqdır.
Tofiqin özünün oğurlatdığı zaman 3,4 mil dollardan evində götürüb dərhal aldığı 1.2 milyon dollar dərhal təhvil verilməsi tələb oluna bilər. Polis müstəntiqinin əlilə Loğmana ödətdirdiyi cəmi 4,7 mil dolların da hesabı soruşula bilər. Amma bu ödəmələrə rəğmən Tofiq yenə də Efim Mixayloviçə hesabat verir ki, loğmanın ödəyəcəyi 250.000 dollar hələ də qalıb. Əslində isə Tofiq Loğmana ödətdirdiyi cəmi 4.7 mil dolların da yarsını istintaq zamanı sövdələşərək mənimsəmişdir.Yəni təşkil etdiyi bu əməliyyata görə Tofiq 2 mil. Dollar qazanıb. Lakin bu hesabatla Tofiq polislə əlbir olub 40/60-a nisbətində pulu qaytarmaqla Efimə pul hesabatı verib. Efim bu faktı etiraf edə bilər ki, sonda ona nə qədər çatıb.
Xatırladım ki, Bakı Apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun icraatında Ç.Abdullayevin şikayətinə 16 may,saat 11-də baxılacaqdır. Sizlərdən çox xahiş edirəm xəyanətkar Tofiqi başa salın ki, bizim ailədən əl çəksin, işdə heç bir günahı olmayan ərim Ç.Abdullayev barəsində şikayətini bir insanlıq edib geri götürsün.Hazırda Çingiz 14 faizlə qaraciyər serrozu və ürəyində 2 stend qoyulmuş ağır vəziyyətdə müalicə müəssisəsində yerləşir. Onun həyatı təhlükədədir. Tofiqin təşkil etdiyi bu hadisə zamanı əldə etdiyi 2 milyon dolları Efimə qaytarsın ki, bu adamın da əsəbləri bir az yumşalsın. Tofiq özünü Roma Papasından da artıq Papa hiss etməsin, teatrı dayandırsın.!
Ümid edirəm ki, Efim Mixayloviç öz şəxsi kanalları və məhkəmə sənədlərində yazılan formal izahatlara bir az diqqət yetirməklə Tofiqin əslində necə bir”krısa”(oğurluğun təşkilatçısı olduğunu müəyyənləşdirəcəkdir. Lakin təssüflə bildirməliyəm ki, 2 may tarixinə Bakı Apellyasiya məhkəməsinə təyin olunmuş prosedə Tofiq yenə də öz ampulasında məhkəmə kollegiyasına qarşı qaressiv danışaraq məsləni yubatmadan təcili həll etməyi tələb etdi. Görünür, özünü “ arxalı köpək”kimi aparan “zərəçəkmiş” mənim ona xəbərdalığımdam sonra ifşa olunacağından qorxuya düşmüş və özünü əsəbi göstərməkdə davam edir.Və çox təəssüf edirəm ki, Efimə etdiyim müraciət də nəticəsiz qalmışdır.
Müstəqil dövlətimizin başçısı cənab İlham Əliyev və 1-cı Vitse president xanım Mehriban Əliyeva! Sizlərə müraciət edərəm, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Məhkəmə Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə və ədalətli hakim Mirpaşa Hüseynova müraciət edərək son dərəcə xahiş edirəm: Öz sahibi Efim Mixayloviçin 3.4 mil.dol pulunun oğurlanması işinin təşkilatçısı olan Tofiq Zülfüqarovun verdiyi rüşvət hesabına günahsız yerə sifarişlə 5-6 qondarma ağır cinayət maddələri üzrə həbs edilmiş yoldaşım Çingiz Abdullayevin 16 may tarixinə təyin edilmiş məhkəmə prosesinə ədalətli məhkəmə çəkişmə prinsipilə baxılmasını tövsiyə edə və şəxsi nəzarətinizdə saxlayasınız.
Ruqiyyə Abdullayevanın bu müraciəti zənnimizcə bir çox mətləvlərin üstünü açacaqdir. Çünki son dövrlər bir sıra mətbuat orqanlarında Tofiq Zülfüqarova məxsus 3,4 milyon dolların oğurlanması barədə məlumatlar yayılmış, amma pulun əsl sahibinin kim olması barədə heç bir məlumat verilmirdi. Təbii ki bunu hüquq mühafizə orqanları bilməmiş deyillər. Bəs görəsən onda nə üçün “Gəncə-Şərab 2” ASC-də 10 % pay sahibi olan Efim Mixayloviçin hər il əldə etdiyi milyonlarla dollarla ölçülən “çirkli” pulların nağd formada xarici ölkələrə gizli daşınmasının, hanısı təyinatlar üçün sərf edildiyi faktları araşdırılmamış qalıb. Görünür elə hüquq mühafizə orqanlarına bu daha sərfəlidir. Yoxsa günahsız insanları 18 il azadlıqdan məhrum etməz, baş vermiş cinayətin dərindən araşdırılması üçün lazım olan bütün tədbirləri görərdilər. Ümid edirik ki, bu yazıdan sonra yeni Vergilər Nazirliyi “Gəncə-Şərab-2”də E.Mixayloviç kimi digər pay sahiblərinin vergidən yayınaraq qazandıqları milonlarla dollar ölçülən vəsaitlərinin istehsal və ixrac edilən edilən faktiki məhsulların nə qədərinin vergidən yayındırlmasını araşdıracaqdır. Biz də öz növbəmizdə jurnalist araşdırmalaramızı davam etdirəcək, hadisələrin gedişatı barədə daim geniş məlumat verəcəyik.
Paylaş