Teref.info olaraq şəxsi maşınında Bakı-Naxçıvan-Türkiyə marşurutu ilə turist gəzintisinə çıxan sosial şəbəkə istifadəçisi Əhməd Nəsibovun şikayətini sizə təqdim edirik.
Əhməd bəy yazır:
İndiki səyahət sərgüzəştlərimdən fraqmentlər – Naxçıvan.
Naxçıvanlıların nabələd qonağa doğmalıq münasibəti bizi çox məmnun etdi.
Heyif ki, Bakı-Naxçıvan-Türkiyə səyahətçisi kimi, Naxçıvan məmurların icad etdiyi qəribə özəl qaydalar bizi məyus etdi:
1. Sədərək gömrüyündə “Sürətli keçid” pul mənbəyi yaradıblar.
40 dərəcə istidə, kim könüllü 10 AzN ödəməyi razılaşırsa əvvəl növbədə o maşınları irəli buraxırlar.
2. Sən demə Naxçıvan xanəndanlığı qardaş ölkəyə keçən hər bir maşına görə 20-80 AzN ödəməyə məcbur edirlər.
Gömrük məmurları ilə olan dialoq.
– Niyə növbədən kənar maşınları buraxırsınız?
– Onlar “Sürətli keçid xidməti” üçün 10 AzN ödəməyə razlaşıblar.
– Bu istidə bizim hesabımıza pul qazanırsınız?
– Xoşun gəlmir dayanmaqdan, 10 AzN ödə keç.
– Yaxşı, 20 AzN niyə ödəməliyəm?
– Ona görə ki, birinci dəfədir keçirsən. Təkrar olsa 40; 60; 80 AzN ödüyəkdin.
– Bu hansı qanundadır?
– 93-cü il qərarı ilə bu vəsaiti Naxçıvanın abadlığı üçün yığılır.
– 1893-cü ildə?
– Yox 1993-cü ildə.
– Naxçıvan maşınları, SDK, Sınıq körpü, Astara, Biləsuvar, sərhədindən keçəndə abadlıq pulu ödəyirlər?
– Bilmirik.
Mənə təsir edən ən ağırlı dialoq Tükiyə sərhədində çıxanda sonuncu məmurla oldu.
– Yolçuluğunuz hara?
– Naxçıvanı araba ilə seyahet yapdıq. Şimdi Türkiyəni gəzərim.
– Naxçıvana bundan sonra, tovba! Eləmi? – deyib güldü.
– Siz nereden bildiniz?
– Naxçıvandan çox yabançı yolçular gördüm.
Mən də düz söz dediyinə görə hirsimdən güldüm.