Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib.Bununla bağlı verilən məlumata görə bir çox hallarda operatorlar daha çox pul qazanmaq üçün saxta endirimlərlə müştəriləri narahat edirlər. Daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”dir. Bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə mahir cibgir kimi girir.
Operator müştərilərini kredit kontur və 7 qəpiyə 1 saat kampaniyası ilə aldadır. Belə ki, kredit götürən müştəri yeni kontur yükləyəndə kredit məbləği təqribən ikiqat çıxır. “Əla CİN” tarifinə əsasən, “Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər.
Zəng intervalı isə 1 saat hesablanır. Başqa sözlə, bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir “cin” nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır.
Beləliklə “Əla CİN” tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir. Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir. Belə ki, “Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər “cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil. Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi “Bakcell” şirkətinin “səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur.
Ümumiyyətlə, “Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir. Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılır. Belə ki, daxil olan şikayətdə qeyd olunub ki, müştərilərin istəyi nəzərə alınmadan “Mançester Yunayted” pullu xidmətinə abunə edir, balansdan pul silirlər.
Bildirilir ki, bütün proses abunəçinin xəbəri olmadan baş verir: “Bir dəfə mənə 09975 Bakcell-in qısanömrəsindən zəng gəlmişdi. Zəngə cavab verdikdə bildirdilər ki, şikayətinizlə əlaqədar zəng etmişik. Mən də cavabımda bildirdim ki, bəli, Bakcell-dən şikayətçiyəm Çünki nə düzgün xidmət göstərirsiniz, nə keyfiyyət var, nə müştəri məmuniyyəti.
Cavab da bu oldu ki, guya Bakcell bütün mobil operatorlardan sən demə üstün imiş. Yəni, şikayətimlə əlaqədar zəng edən bəy operator ancaq şirkəti təriflədi və mən elə başa düşdüm ki, boşuna şikayət etmişəm. Çünki həmin operator mənim şikayətimi sistemdə qeydə almamış, əksinə mənimlə çox kobud danışmışdı. 555-in operatorları da şirkətin özü kimi bərbad xidmət göstərir”.
Şikayətçi baş verən olaydan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə üz tutub. Qaynar xətt də Bakcell-in adını eşidən kimi dəstəyi asıb: “Bakcell-in məni dinləmədiyini görüb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 saylı qaynar xəttinə zəng etdi. Bakcell-dən şikayət edən kimi dəstəyi asdılar. Yenidən zəng edəndə isə nömrə məşğuldur anonsu səsləndi. Ümumiyyətlə ölkədə mobil operatorlardan narazı olamayan vətəndaş tapmaq olmaz. Bəs görəsən niyə görə adiyyatı qurumlar mobil operatorlarnan bağlı ciddi tədbir görmür?
Mobil operatorlara toxunulmazlıq hüququnu kim verib? Normal ölkələrdə hər hansısa bir şirkətdən narazı olan vətəndaşın hüquqları təmin edilir. Bəs Azərbaycanda niyə görə vətəndaşı dinləyən yoxdur? Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış keçmiş SSRİ dövlətlərinin hamsında dünyaca nüfuzlu “MTS”, “Beeline”, “Orange”, “Vodafone” və s. mobil operatorlar çalışır. Sual olunur: Azərbaycanda niyə görə adıçəkilən nüfuzlu mobil operatorların ölkəyə gətirilməsi əngəllənir? Bütün dünyada çalışan nüfuzlu operatorlar dünyaya yaradı, Azərbaycana yaramadı?
Ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də 2-ci yeri tutur. Çünki ölkəmizdə mobil operatorlar arasında amansız rəqabət yoxdur. Mobil rabitə bazarında inhisarçılıq, monopoliya olduğu üçün tariflər çox bahadır. Çünki bizdə Rabitə Nazirliyi mobil operatorlar arasında normal rəqabət olmasını istəmir”.
Mənbə deyir ki, abunəçiləri zinhara gətirən “Bakcell” mobil operatorudur. Bu operator internet trafiklərində, tarif paketlərində və kontur yüklənməsində abunəçilərin haqqına girir. Abunəçi 1 manat yüklədikdə balansa 96 qəpik yüklənir. Demək olar ki, bu hal həddindən artıq çoxalıb. Bu yolla abunəçilərdən kifayət qədər qazanc götürürlər.
Bundan başqa müştərilərin balansından hər gün kontur çıxılır. Müştəri bunu operatorla aydınlaşdırdıqda isə aydın olur ki, heç tanımadığı bir sayta daxil olub qeydiyyatdan keçib. Ona görə də balansından pul çıxılır. Amma müştəri bildirir ki, heç vaxt elə bir sayta daxil olmayıb və qeydiyyatdan keçməyib. Operator isə müştəriyə həmin xidmətə stop yazıb deaktiv etməsini məsləhət görür. Bu operator hətta həmin xidmətdən çıxmaq üçün də balansdan kontur silir.
Bundan başqa kredit xidmətində də istehlakçıları soğan kimi soyurlar. 1 manat kontur kredit götürdükdə növbəti dəfə kontur yükləyəndə 1 manat 20 qəpik əvəzinə əlavə 30 -40 qəpik də çıxırlar. Bundan başqa “Bakcell” hər ay 25 dəqiqə şəbəkə daxili bonus verir. İnternet məsələsində də müştərilərin cibinə girirlər. Xüsusilə də şəhərətrafı qəsəbələrdə internetə daxil olmaq mümkün deyil. Meqabayt istifadə olunur, lakin istədiyimiz səhifəyə daxil ola bilmirik.
Adını çəkdiyimiz mobil operatoru abunəçilərə şəbəkə problemi yaşadır. Xüsusilə də şəhərətrafı qəsəbələrdə şəbəkə problemi insanları çıxılmaz duruma salıb. Nə zəng etmək mümkündür, nə də zəng qəbul etmək. Bir neçə cəhdən sonra əlaqə yaratmaq mümkün olur. Nəzərə alsaq şəhərətrafı yeni qəsəbələrdə yaşayanların hamısı şəhər telefonu ilə təmin olunmayıblar. Bu səbəbdən də hər kəs mobil telefondan daha çox istifadə edir. Artıq “Bakcell” keyfiyyətsiz xidmətiylə müştərilərini özündən soyudub.milletinsesi.info