Vidadi Zeynalovun oğlunun və kürəkəninin İstanbulda şərikli şirkəti var. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün “facebook” səhifəsində yazıb:
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı “Məlhəm” adlı restoranı işlədir. Özü də açıqlama verib ki, acından ölməmək üçün həyat yoldaşı ilə bu restoranı işlətmək məcburiyyətində qalıb. Halbuki oğlu Pərviz Zeynalovun və kürəkəni, hazırda Rabitəbankda filial direktoru olan kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə şərikli inşaat şirkəti var. Bunlar acından ölür…”
azsiam.az