Təxminən bir ay öncə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olundu. Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. Bildirək ki, İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı. Bu təyinata qədər İ.Rəcəbovun adı mətbuatda bir çox qalmaqallı məsələlərlə bağlı hallanıb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkəni kimi tanınan İ.Rəcəbov haqqında mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: ” Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır. İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var. Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur. Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir. Maraqlıdır ki, DYP-də şöbə müdiri işləyən və qaynatasının hesabına geniş biznes şəbəkəsinə sahib olan İlham Rəcəbovun polis sistemində də mənfi imici var”.
Mediada yer alan digər bir məlumatda isə İ.Rəcəbovun qanunsuzluqlarından bəhs olunur. Belə ki, cumhuiiyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, İlham Rəcəbovun təxminən bir il əvvəl Bakıda aldığı yeni obyekt narazılıqlara səbəb olub: “Yasamal rayonu, Hüseyn Cavid pr, 520 kvartal, ev 19, mən 30 ünvanında İlham Rəcəbovun qızı Turan Rəcəbovanın adına aldığı mağaza qonşuları narahat etməyə başlayıb. Belə ki, polis polkovniki yeni obyektinin genişləndirilməsi üçün sözügedən ünvanda qızının adına daha bir mənzil də alıb və həmin mənzillə yeni obyekti arasındakı divarı sökdürüb. “Ağ Ciçəyim” gul mağazasının fəaliyət göstərdiyi arxitekturalı binanın istinad divarının sökülməsi həmin binada yaşayan sakinlərin həyatı üçün təhlükə yaradıb. Sakinlərin Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və başqa müvafiq qurumlara etdiyi şikayətlərə baxmayaraq, İlham Rəcəbov arxitekturalı binada təmir işləri aparmaqda davam edir. İcra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi isə sakinlərin şikayəti ilə bağlı heç bir tədbir görməyib və sökülmüş istinad divarı hələ də bərpa olunmayıb. Hələ də yüzlərlə ailənin yaşadığı tarixi binanın istinad divarının sökülməsinin sakinlərin həyatı üçün təhlükə yaratdığının fərqində deyillər. Görünür, İlham Rəcəbov və qaynatası Əhməd Əhmədzadə müvafiq qurumları özünəməxsus yollarla razı sala bildiyindən onıarın bu qanunsuzluqlarına hələlik “dur” deyən yoxdur. Qeyd edək ki, istifadəyə verilmiş bina və qurğularin yükdaşıyan inşaat konstruksiyalarınını müvafiq qurumların icazəsi olmadan sökülməsi birbaşa cinayət işinin başlanması üçün əsas verir”.

Paylaş