Sabah “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 61 yaşı tamam olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov son vaxtlar mətbuatın ən çox tənqid etdiyi məmurlardan biri, bəlkə də birincisidir. Şübhəsiz, bunun da bir çox əsaslı səbəbləri vardır.Həmin səbəblərə keçməzdən öncə cumhuriyyet.az olaraq C.Qurbanov haqda
Rəsmi məlumatlar
Əsasında həyat yolunu təqdim edirik. Cavid Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1975-ci ildə Kəlbəcər rayonunda orta məktəbii bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində elektrik montyoru işləyib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1979-cu ildə 26 Bakı Komissarları nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlayıb. 1980-1981-ci illərdə “Azəryollayihə” Layihə Institutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə “Azərnəqliyyattikinti” Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.
1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsində işləyib. Daha sonra isə 1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb. 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb. 2007-ci ilin fevral ayında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsində işləməyə başlayıb. 09.02. 2015-ci il tarixindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri postunu tutur.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Texniki elmlər namizədidir. C.Qurbanov Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cavid Qurbanov həm də təmtəraqlı ad günü həvəskarıdır. Elə buradaca onun şərəfinə idarədə təşkil olunan ad günündən görüntüləri təqdim etməyə dəyər.

“Kəlbəcər ağsaqqalı” və ya “bacanaq”
Milli Məclisdə Kəlbəcər rayonunu təmsil edən bir deputat kimi də öz seçiciləri qarşısında bir sıra müsbət işlər gördüyü haqda çoxsaylı informasiyalar var. Təsadüfi deyil ki, cənab Qurbanov hər zaman bu əməlləri ilə öyünür və hətta son illər özünü “kəlbəcərlilərin şəriksiz ağsaqqalı” kimi görür. Üstəlik, cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, Cavid müəllim məclislərdə və ayrı-ayrı tədbirlərdə bu cür – “kəlbəcərlilərin ağsaqqalı” kimi təqdim olunmasından da böyük zövq alır. Cavid Qurbanov məmur və deputat statusları hesabına son illər ölkənin ən böyük oliqarxlarından birinə də çevrilə bilib. Xüsusən də, bəzi əzəli rəqibləri sıradan çıxarıldıqdan sonra onun ölkədə ən aparıcı məmur-oliqarxlardan birinə dönüşdüyü kimsəyə sirr deyil. Şübhəsiz, burada son illər hakim ailə ilə qohumluğu da az rol oynamayıb. Təsadüfi deyil ki, cənab Qurbanovun yaxın çevrəsi və eloğluları onu “prezidentin bacanağı” kimi təqdim edirlər. Görünür, çoxlarının da iddia etdiyi kimi, bu qohumluq məmur, deputat olmaqla yanaşı, onun nəhəng oliqarx biznesmenə çevrilməsi üçün önündə daha geniş yollar açıb…
Biznes imperiyası və “oğru dünyası” ilə əlaqələr
Bu yaxınlarda Cavid Qurbanovun qeyri-rəsmi sahibi olduğu “Baltech Investment LLC” şirkətinin 38 milyon manat ödəyərək “TOPAZ”ın səhmlərinin 51 faizini “Turkcell” şirkətindən alması da onun biznes şəbəkəsini genişləndirmək istəyindən xəbər verir. Hansı ki, bu alqı-satqı nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin ölkənin mərc oyunlarına nəzarəti ələ aldığı və ölkənin şəriksiz “Qumar Kralı”na çevrildiyi iddia olunur. Nəzərə alsaq ki, adətən mərc oyunlarına kiçik və orta kriminal qruplar nəzarət edir, o zaman C.Qurbanovun bir məmur olaraq bu sahəyə maraq göstərməsi ilk baxışdan heç də birmənalı qarşılanmır. Amma bəzi mənbələr deyir ki, əslində cənab Qurbanov məmur olsa da, uzun illər öncədən kriminal aləmin içində olan və bu sahəyə kifayət qədər bələd olan bir şəxsdir. Belə ki, Cavid Qurbanovun nüfuzlu avtoritetlərlə hər zaman yaxın əlaqələr saxladığı, elə indi də zaman-zaman onlarla oturub-durduğu iddia olunur. Hətta istisna olunmur ki, onun “TOPAZ”a tam olaraq sahib olmaq istəyində də bu əlaqələrin müəyyən rolu olub.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin məmur və deputat olaraq gördüyü işlər müəyyən mənada təqdir oluna bilər. Amma onun bu statuslara sahib bir şəxs kimi ölkənin ən nəhəng oliqarx biznesmeninə çevrilməsi və mərc oyunlarına nəzarəti ələ alması qanunla yolverilməzdir. Eynilə “oğru dünyası”nın tanınmış isimləri ilə təmaslar qurması da məmur statusu ilə bir araya sığmır.
Siyasi İddialar və keçmişdən gələn sənəd
Oliqarx-nazirlər arasında qeyri-rəsmi rəqabət, didişmə və iqtidar kluarlarında ciddi şəkildə pərdəarxası mübarizə getdiyi bir dönəmdə “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar göstərir ki, bir zamanlar baş nazirlik iddiasında olan baş dəmiryolçu indi yeni postun eşqinə düşüb. Yeni Baş nazir təyinatından sonra siyasi islahatların keçiriləcəyi C.Qurbanovu fikrindən daşındırıb. Baş dəmiryolçu daha yüksək vəzifəyə – prezidentə daha yaxın posta ambisiyalıdır. QSC sədri özünü vitse-prezidentlik institutuna namizədlər sırasında görür. Bu adam qanunsuz yollarla qazandığı pullar hesabına özünə çoxsaylı media şəbəkəsi quraraq, zaman-zaman yüksək rütbəli məmurlara meydan oxumaqdan çəkinmir. Cavid Qurbanov özünə əməlli başlı komanda da formalaşdırmaqdadır: “Təsəvvür edin ki, hakimiyyətin ən üst pillələrində belə ibtidai tayfaçılıq prinsipləri ilə sərt mübarizə aparıldığı bir dönəmdə Cavid Qurbanov ətrafına az qala kəındçilərini cəlb etməklə hakimiyyət daxilində yeni güc mərkəzi kimi çıxış etməyə çalışır”. Amma siyasi müşahidəçilər baş dəmiryolçunun indiki postundan yüksəyə qalxacağını güman etmir. Bu isə C.Qurbanovun keçmişi ilə bağlıdır. Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.

Paylaş