Teref.az yazır ki, mətbuatda gedən tənqidi materiallardan Azərbaycan içtimaiyyətinə məlıum olan məşhur “Broker Əbülfəz” ayamalı Əbülfəz Məlikovun oöğlundan daha bir məlumat dövrəyə buraxılıb. Məşhur müstəqil araşdırmaçı jurmalist Cavanşir Həsənlinin sosial şəbəkədə paylaşdığı araşdırmadan məlum olur ki, Əbülfəz Məlikovun oğlu Murad Məlikovada atasının genləri keçib və o 19 yaşından Azərbaycanda biznes fəaliyyətinə başlayıb və bunun üçün şirkət qurub. Hətta məlumatlarda o da vurğulanır ki, biznes fəaliyyətində yeni olsada, onunda işləri məhkəmələrlə müşaiyət olunub. Beləliklə Cavanşir bəy yazır:
Gömrük brokeri kimi məşhurlaşmış Əbülfəz Məlikovun 1990-cı il təvəllüdlü oğlu Murad Məlikov 19 yaşından şirkət sahibidir. “AMAR-ŞİRVAN” MMC vasitəsilə o, Şamaxıda xeyli torpaq sahəsi alıb. 2009-cu ildən bəri şirkət məhkəmələrə cəlb olunub, torpaq alqı-satqı müqavilələrinin saxta olması ilə bağlı iddialarla üzləşib. Məsələn, məhkəmələrdə ortaya çıxan faktladdan biri Şamaxıda Mikayıl Əhmədov adlı şəxsə məxsus 3 hektar torpaq sahəsinin saxta sənədlərlə həmin şirkətə satılmasıdır.
Amma hər qədər məhkəmə qalmaqalları ilə üzləşsə də, Murad Məlikov Bakıda restoran biznesini inkişaf etdirə bilib. Bununla yanaşı o, Gürcüstanda turizm şirkəti yaradıb, Britaniyada şübhəli biznes sahibi olub.
Məsələn, VAGO Travel Ltd şirkəti 2013-cü il iyulun 4-də Tiflisdə qeydiyyata alınıb. Tbilisi, Isani-samgoris Raionshi, Lekh Kachinskis K., N 84/5 ünvanında yerləşir.
Qeydiyyat sənədlərinə görə, şirkətin 50 faizlik hissəsi Gürcüstan vətəndaşı Şalva Jalabadzeyə, 50 faizlik hissəsi Murad Məlikova aiddir.
Gömrük brokerinin oğlunun Seyşeldə qeydiyyatdan keçmiş və postsovet məkanında çirkli pulların yuyulmasında ittiham olunan şirkətlərlə bağlantısı da varmış…

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az



 

Paylaş