Azərbaycan Respublikasının Milli Məclisinin üzvü olan Kamaləddin Qafarov Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci maddəsinə ziddi olaraq həm də Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavinidir. İctimai vəkil Samir Zeynalov bildirir ki, Milli Onkologiya Mərkəzində qanun pozuntuları artıq çoxdan adi hala çevrilib. Uzun müddət ərzində dəfələrlə MOM-nun fəaliyyətinə hakim kəsilmiş qanunsuzluqlar, özbaşınalıqlar və rüşvət halları sərt tənqidlərə hədəf olsa da görünən odur ki, bu tənqidlərin zəruri effekti reallığa nüfuz etməyib. Ənənəvi neqativ hallarla bərabər MOM rəhbərliyi artıq Dövlət Satınalmaları Haqqında Qanunvericiliyinin tələblərini də pozur.
İctimai vəkil qeyd edir ki, Milli Onkologiya Mərkəzi (MOM) cari ilin ötən ilin avqust ayının 3-də “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib. Ötən ilin yanvar ayından etibarən MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb. Diqqətinizə çatdırım ki, “Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur. “Azeri Med” MMC (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.
S.Zeynalov cari ilə olan satınalmalar haqqında məlumatları da təqdim edib:
Azeri-Med MMC və Milli Onkologiya Mərkəzi (MOM) arasında cari ildə baş tutan tender sövdələşmələri:
☑️15.02.2019-cu il tarixdə: “52,864”AZN
☑️19.02.2019-cu il tarixdə: 1,0200000 AZN
Azeri-Med MMC və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi arasında cari ildə baş tutan tender sövdələşməsi:
☑️19.02.2019-cu il tarixdə: 2,061.607.02 AZN (Dərman perparatları və sarğı materiallarının satınalınmasına dair)
Azeri-Med MMC MOM-nun dirketor müavini, Milli Məclisin üzvü Kamalləddin Qafarova məxsudur.
Mənbə:etender.gov.az
İddialarla bağlı K.Qafarovla əlaqə saxlamaq mümkün olmadı. //xalqxeber.az//