Yerli KİV-lərdə yayılan məlumata görə Yaxın günlərdə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyində dəyişiklik baş verəcək. DİA.AZ bildirir ki, yayılan informasiyalarda hətta hazırki xidmət rəisini kimin əvəzləyəcəyi haqda da iddialar səsələnib.

Xəbərlərə görə, SHXÇDX-nin yeni rəisi heç də kənardan gətirilməyəcək. Dia.az mənbənin iddialarını təqdim edir: “Son günlər barəsində yetərincə neqativ informasiyaların yayılmasına rəğmən özünün toxunulmazlığını qoruyan ŞHXÇDX-nin Astara rayon şöbəsinin rəisi Valeh Nəcəfov Arzu Rəhimovun yerinə hazırlanır”.

İddia olunur ki, məhz bu səbəbdən Valeh Nəcəfova qarşı KİV-də hücum kampaniyas da start verilib ki, gözlənilən, daha dəqiqi, planlaşdırılan dəyişiklik baş tutumasın.

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Paylaş