Son bir il ərzində bir çox media qurumlarında Lənkəran şəhər İcra Hakimiyyətində yaşanan çoxsaylı qanunsuzluq və biabırçılıqlarla bağlı silsilə tənqidi məqalələr işıq üzü görüb.
Vətəndaşlar deyir ki, Lənkəranın tarixində Taleh Qaraşov qədər yarıtmaz, fəaliyyətsiz, rayonu bərbad günə qoyan, əraziləri satan icra başçısı olmayıb.
Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb.
Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub.
Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.
Məsələn Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilib.
Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir. Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb.
Ona görə də lənkəranlılar Taleh Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər. Onu da xatırlatmaq yerinə düşər ki, Lənkəranda kanalizasiya sisteminin qurulmasına da ayrılan vəsait mənimsənilib. Məlum olub ki, rayon icra başçısı Taleh Qaraşov bu layihənin icrasına ayrılan büdcə pullarının taleyini həll edib.
Yolların asfaltlanmasına ayrılan pullar da mənimsənilib.
Qəribədir ki, bu məlumatların çoxunda icra başçısından daha çox onun köməkçisi Elnur Hüseynovun adı keçir.
XəbərAl.az-a verilən məlumata görə başçının “qara kassa”sı məhz odur. Bütün işlər onun əli ilə görülür. Heç bir icra hakimiyyəti başçısını köməkçisi onun qədər səlahiyyətə, qüdrətə malik deyil.
Bundan istifasə edən Hüseynov Vələdi kəndində “Sitrus bazarı” yaxud İran bazarı adlanan yeri atasının adına keçirib.
Bundan başqa da obyektləri var.
Yəni bu gün köməkçi Sultan Süleyman adından danışan qüdrətli vəzir İbrahim Paşa kimi Lənkəranda hökm edə bilir. Ancaq İbrahim Paşanın sonu yaxşı olmadı.
Köməkçi arada tarixi oxusa yaxşı olar.
Mövzuya qatyıdacağıq.