Bu gün ölkəmizdə bütün sahələrdə inqilabi islahatlar həyata keçirilir. Prezidentin ortaya qoyduğu siyasi iradənin nəticələri göz qabağındadır. Uzun illər iqtidar komandasının toxunulmaz fiqurları hesab olunan şəxslər vəzifədən kənarlaşdırılır, hətta törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunurlar. Qanunlara məhəl qoymayanlara bu günlərdə tutulan “toy” çoxlarına verilən açıq mesaj idi. Cənab prezident aydın şəkildə bildirdi ki, heç kimə heç nəyə görə güzəşt olunmayacaq. Qanun hamı üçün qanundur!

Hər dəfə yeni vəzifə təyinatları olanda Prezident məmurlara xəbərdarlıq edir, təmiz, şəffaf işləməyi,xalqa xidmət etməyi tapşırır. Amma kreslonun dadını görən kimi bəziləri deyilənləri unudur, özünü rəhbərlik etdiyi sahənin “sahibi ixtiyar”ı sanmağa başlayır.

Rubrika.Az saytına Abşeron rayonundan daxil olan məlumatlara görə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində sözün əsl mənasında anarxiya hökm sürür. İdarənin rəhbəri Rauf Qarayev buranı öz əmlakına çevirərək istədiyi qanunları diktə edir. Vətəndaşların incidilməsi,süründürməçilik, rüşvətxorluq və korrupsiya 4 saylı ərazi idarəsinin 4 təməl prinsipidir. Şikayətçilər bildirir ki, Rauf Qarayev rəhbərlik etdiyi idarədə ölkə qanunları işləmir. Sanki baş verən proseslərdən, aparılan islahatlardan, cənab Prezidentin tələblərindən bunların xəbəri yoxdur. Hətta o qədər arxayınlıq, saymamazlıq hökm sürür ki, şikayət etmək istəyənlərə lağ edilir, “kimə istəyirsən get de” deyərək həqarət olunur. Raufun fəaliyyəti Abşeron rayonunda kütləvi narazılıq formalaşdırır.

Rubrika.Az-ın əldə etdiyi məlumatlara görə, Rauf Qarayev heç də “köhnə komanda”nın qalıqlarından deyil. Əksinə, ona islahatçı komandanın üzvü kimi etimad göstərilib. Amma, hörmətli Mikayıl müəllimin etimadını doğrultmamaq, onun imicinə zərbə vurmaq,narazılıq formalaşdırmaq üçün bundan artıq çaba sərf etmək mümkün deyil. Təbii ki, çox hörmətli Mikayıl müəllimin yüksək fəaliyyəti dövət və xalq tərəfindən müsbət qiymətləndirilir. Bu böyük müsbət fəaliyyəti görməmək kor olmaq deməkdir. Lakin Rauf Qarayevin belə qanunazidd əməlləri ərazi üzrə rəhbərlik etdiyi sahəyə ictimaiyyət arasında mənfi fikir formalaşdırır. Və nəticədə sründürməmiçilikdən bezən vətəndaşlar öz dərdlərini mətbuat vasitəsilə çatdırmaq məcburiyyətində qalırlar. Rauf Qarayevin fəaliyyəti bilavasitə qanunlarımıza,dövlət siyasətinə zərbədir. İndiki həssas dönəmdə vətəndaşları incitmək, narazılıq formalaşdırmaq ancaq düşmən maraqlarına xidmət etmək deməkdir. Yəqin ki, müraciətimizdən sonra Rauf Qarayevin fəaliyyəti yoxlanılacaq, Abşeronda alovlanan bu narazılıq ocağı söndürüləcək.

Məsələni diqqətdə saxlayacağıq.

Paylaş