Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.
Korrupsiya.az xəbər verir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.
Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.(apa.az)