Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı alınacaq.

Korrupsiya.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

“Qarşıdakı dövrdə büdcə xərclərindən səmərəli istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üçün nəzarətin daha da gücləndirilməsi təmin ediləcək”, – deyə Baş nazir bildirib.

O bildirib ki, dövlət investisiya layihələrinin səmərəliyi yüksəldilməlidir.

Baş nazir əlavə edib ki, Nazirlər Kabineti Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetiriləcək.

Paylaş