Bir qrup erməni zəvvar Kəlbəcərdə Xudavəng və Amaras monastrlarını ziyarət ediblər.
Azvision.az xəbər verir ki, Xankəndidən gələn ermənilərin səfəri Rusiya sülhməramlıları tərəfindən təşkil olunub.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, sülhməramlılar erməni zəvvarları Xudavəng (Kəlbəcərin Vəng kəndi) və Amaras (Yuxarı Veysəlli) monastırlarına səfərdə müşayiət ediblər.
Qeyd edilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində sülhməramlılar Qarabağda insanların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir, əhaliyə humanitar yardım göstərir.