Həbs olunan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı mənzildən çıxarılıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, V.Hacıyevin ailəsinin əşyaları İmişli şəkər zavodundakı yataqxanadan daşınıb. Sabiq başçının çalışdığı dönəmdə yaşadığı mənzil təhvil alınıb.
Xəbəri İmişli Şəkər Zavodundan Unikal.org-a təsdiqləyiblər.