Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılacaq.
Korrupsiya.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.
Nəşr Muradovun yerinə Cənub Hərbi Dairə Komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin ediləcəyini yazır. Qəzetin yazdığına görə, A. Avdeyev bu gün Xankəndinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri yekunlaşacaq.
Qeyd edək ki, daha əvvəl “Hraparak” Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın Rusiyanın hakimiyyət orqanlarına məktubla müraciət edərək, İrəvanın R. Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyini, onun Qarabağda fəaliyyət müddətinin uzadılmamasını istədiyini yazmışdı.
Lakin T. Avinyanın mətbuat katibi sonradan bu məlumatı təkzib etmişdi.
Qanuna görə, kontingent komandanlarının 6 aydan bir dəyişməsi mümkündür, lakin tərəflərin etirazı yoxdursa, onların səlahiyyəti uzadıla bilər.
(apa)